Prezidentliyə namizəddən TƏXRİBAT

15:15 23-12-2021 | icon 585 | Siyasət
Prezidentliyə namizəddən TƏXRİBAT

Zaur Məmmədov: “Fransa prezidentliyinə namizədin Qarabağa səfəri təxribatdır”

 

“Fransa prezidentliyinə namizəd, İl de Frans Region Şurasının sədri Valeri Pekresin Xankəndiyə səfəri Azərbaycanla Fransanın münasibətlərinə mənfi təsir göstərən təxribatdır”.

 

Versus.Az xəbər verir ki, bunu şərhində politoloq Zaur Məmmədov bildirib.

 

“Təəssüf ki, Fransa siyasətçiləri tərəfindən daha bir təxribat addımının şahidi olduq. Valeri Pekresin qarşıdakı prezident seçkisi ərəfəsində Fransanın müxtəlif bölgələrini dolaşaraq təbliğatla məşğul olmaq əvəzinə, uzaq Ermənistana, daha sonra Xankəndiyə səfəri təəccüb doğurur. Mənə elə gəlir ki, seçki günü fransızlar ondan bunu soruşacaqlar”, - ekspert deyib.

 

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan regionda nəqliyyat və rabitə layihələrinin icrasına tərəfdar çıxmaqla yanaşı, başçılıq etdiyi hökumət Qarabağda bu kimi açıq təxribatlara yol verir: "Əlbəttə, burada sülhməramlıların da xeyli məsuliyyət payı var.

 

Politoloq Rusiya sülhməramlılarının bu cür səfərləri Azərbaycan hökuməti ilə razılaşdırmalı olduqlarını diqqətə çatdırıb:

“Laçın dəhlizi həmin ərazilərə əcnəbilərin, həm də təxribatçıların gəlməsi üçün açılmayıb. Bu kimi səfərlər Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə mənfi təsir göstərir və Azərbaycan, Ermənistan, Rusiya arasındakı üçtərəfli razılaşmanın şərtlərinə ziddir. Bu cür təxribatlara yol verənlər həm də yerli erməni əhalisinə böyük zərər verir ki, bu da dolayı yolla Ermənistan vətəndaşlarına təsirsiz ötüşməyəcək. İrəvan da başa düşməlidirlər ki, müəyyən qüvvələr onlardan öz məqsədləri üçün istifadə edirlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı