Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

15:23 10-12-2018 | icon 1547 | Hadisə
Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

 

Dekabrın 8-i, axşam saatlarında Masallı rayonunun Sığıncaq kəndində ev yanıb. Evin oğlu Əli yanğından xilas ola bilməyib. Hadisənin şahidi olanlar bildirir ki, yanğına qaz sızmasından yaranan partlayış səbəb olub.

 

Versus.Az-a daxil olan məlumatda bildirilir ki, Əli evə daxil olub işığı yandıranda partlayış baş verib.

 

Bildirilir ki, hadisədən bir gün öncə Əli qaz idarəsinə gedərək həyətdən qaz iyi gəldiyini, qaz sızmasından şübhələndiyini deyərək gəlib baxmalarını, nasazlıq varsa düzəltmələrini xahiş edib. Qaz idarəsinin əməkdaşları gedib baxıblar və deyiblər ki, bu bizim işimiz deyil, ekskavator gəlməlidir ki, sonra müəyyən işlər görülsün. Həmin günün səhəri də məlum hadisə baş verib.

 

Məlumatda qeyd edilir ki, hadisədən sonra icra nümayəndələri hadisə yerinə baş çəkib mülahizələr yürüdəndən sonra heç nə olmayıbmış kimi oranı tərk ediblər.

 

Əlini Masallı rayon xəstəxanasına aparsalar da, vəziyyəti ağır olduğu üçün qəbul etməyiblər. Belə olan halda qohumları onu Bakıya kətirmək məcburiyyətində qalıblar. Bədəni ilə yanaşı nəfəs borusu da yandığı üçün burada da onun həyatını xilas etmək mümkün olmayıb və Əli dekabrın 9-u axşamı dünyasını dəyişib. Əlinin qardaşı Məhəmməd və dayısı oğlu isə ağır yanıq xəsarəti ilə müalicə olunurlar.

 

İndi uşaqların anası Günel xanım qaz idarəsinin məsuliyyətsizliyi ucbatından həm mənəvi, həm maddi ziyanla baş-başa qalıb. Bir oğlunu itirdi, bir oğlu və qardaşı uşağı yaralı vəziyyətdədir. Bir tərəfdən də evsiz qalıb. Acınacaqlı durumdur.

 

(Məsələni diqqətdə saxlayacağıq)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol