Nazir işsiz qalan məzunlardan da DANIŞDI

11:04 24-12-2021 | icon 790 | Təhsil
Nazir işsiz qalan məzunlardan da DANIŞDI

Təhsil naziri Emin Əmrullayev ali məktəbləri bitirərək işsiz qalan məzunlarla bağlı məsələyə münasibət bildirib.

 

Versus.Az xəbər verir ki, təhsil naziri nəzəriyyəyə əsasən bir qisim insanların daha çox ali təhsil almalı olduqlarına inanclarının olduğunu xatırladıb.

 

O qeyd edib ki, ənənəvi sovet dövründən qalma düşüncəyə görə ali təhsil yalnız yüksək nəticə göstərən adamlar üçün olmalıdır:

“Şəxsən mən düşünürəm ki, ali təhsil nə qədər çox adamı əhatə edirsə, burada ziyan yoxdur. Çünki həmin adam ali təhsil almasa da əlavə dəyər yaratma imkanı aşağıdır. Ali təhsil ona heç olmasa ali təhsil müəssisəsini görmək, şəbəkə formalaşdırma, özü olmasa da tələbə yoldaşının yaratdığı hər hansı müəssisədə işləmək kimi gələcəyə imkan yaradıb. Ona görə də ümumilikdə mütəxəssis olaraq təhsil nöqteyi-nəzərindən ali təhsil sisteminə nə qədər çox insan qəbul olunarsa bu olduqca vacib məsələdir. Birinci məsələ keyfiyyət məsələsidir. Burada cəmiyyət olaraq daha çox nəyi müzakirə etməliyik?”.

 

Nazirin sözlərinə görə, Azərbaycanda universitetə qəbul olan insanların təxminən 95 faizi ali məktəbi vaxtında bitirir:

“Dünyanın inkişaf etmiş ölkələrinə baxsaq, görərik ki, bu göstərici 60 %, bəzilərində hətta daha da aşağıdır. Bəlkə də 30-40 % göstəriciyə malik ölkə də axtarsaq taparıq. Bu da mənə görə birmənalı qarşılanmaya biləcək. Biz keyfiyyətə nəzarətlə bağlı atdığımız hər addım cəmiyyətdə müəyyən mənada əlavə əziyyət, narahatlıq, ədalətsizlik təəssüratı yaradır. Söhbət Təhsil Nazirliyindən getmir. Bunun bariz nümunəsini Müəllimlərin İşə Qəbul (MİQ) imtahanında görürəm. MİQ-də bir çox hallarda biz aşağı bal toplayan müəllimlərin və kifayət qədər ciddi rəqabətin olduğunu görürük. Çünki heç bir yerdə insanlar bir-birinə səndə alınmadı, sən keçmədin demək istəmirlər. Həmişə insanlara güzəşt etməklə onlara müxtəlif adlar verə bilərik. Lakin bir yerə gələndə imkanlarla istəklər uyğun gəlmir. Bu harada baş verə bilər? Misal olaraq müəllim ixtisasında MİQ-də”.

 

Nazir qeyd edib ki, say etibarı ilə problem yoxdur:

"Biz 10 min müəllim hazırlayırıq və ildə təxminən azı 7 min müəllimi işə götürürük. Sual yarana bilər ki, niyə belə rəqəm? Çünki rəqabət istəyirik, heç olmasa 3 min namizəd əlavə olsun və onlar özəl sektorda və ya başqa sahələrdə işləməyən adamlar da var. Yəni burada tələb və təklif problemimiz yoxdur. Problem keyfiyyətdədir. Ali təhsil müəssisələrini 95 % yox, 70 % tələbə bitirsə ciddi narazılıqla üz-üzə qalacağıq ki, Təhsil Nazirliyi ədalətsiz edir, yaxud nazir dedi ki, kimsə vaxtında ali məktəbi bitirməsin. Loru dildə desək, bizdə universitetə qəbul olmaq asandır, nəinki oranı bitirmək. Bu, bizim cəmiyyət kimi müzakirə etməli olduğumuz problemdir. Mütəxəssis rəyim ondan ibarətdir ki, universitetə girmək daha da asanlaşdırılmalıdır. Belə olan halda repetitorluq problemi də həllini tapmış olacaq. Anladığım odur ki, insan ali təhsil almaq istəyirsə ona bu imkan yaradılmalıdır. Bacarıqlı insandırsa, onun təhsil haqqı dövlət sifarişi dövlət təqaüdü ilə ödənilməlidir. İmkanı yoxdursa, həssas təbəqədəndirsə, dövlət ona bəlli güzəştlər tanımalıdır. Amma ali təhsili almaq və davam etdirmək istəyirsə, tələbə kreditləri almaq imkanı olmalıdır.

Təbii ki, kimsə məcbur otuzdurmalı deyil. Oxuduğu müddət ərzində təhsilin keyfiyyət təminat sistemləri işləməlidir. Misal olaraq, akkreditasiyadan keçmirsə, proqram bağlanmalıdır. Əgər ali təhsili olan şəxs sonradan işsiz qalacaqsa, cəmiyyət bunu qınayacaqlarsa, onda heç vaxt akreditasiya edə bilməyəcəyik. Təhsilimin böyük hissəsini Azərbaycanda almışam, amma oxuduğum hər iki magistr təhsilini ölkədən kənarda oxuduğum dövrdə heç birində daxil olanların hamısı vaxtında bitirə bilməyib. Bu da normal qarşılanıb, çünki imtahanı vaxtında verə bilməyib. Onlara qarşı heç bir ədalətsizlik olmayıb. Biz ali təhsil müəssisələrini nə qədər sıxacağıqsa, rəqabət daha da artacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı