“Bu gün Prezidentimizin yubileyini tamam fərqli qarşılayırıq”
Mənsum İbrahimov: “Bunlar hamısı ölkənin liderinin yaratdığı fərqlilikdir”
“Cənab prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələn gündən ulu öndərin, ümummilli liderimizin siyasətinə sadiq qalacağını elan elədi. Elə də oldu. Azərbaycan həqiqətən sürətlə inkişaf eləməyə başladı. Çünki ulu öndər 1993-cü ildə hakimiyyətə gələndə o bünövrəni qoymuşdu. Ulu öndər Azərbaycanı dağılmaqdan xilas elədi, yenidən bərpa elədi və davamçısı İlham Əliyevə həvalə elədi”.
Versus.Az xəbər verir ki, bunu muğam ifaçısı, xalq artisti Mənsum İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevi yubileyi münasibətilə təbrik edərkən bildirib.
M.İbrahimov vurğulayıb ki, xalqımız İlham Əliyevə inandı, onu yekdilliklə seçdi:
“Biz öz seçimimizdə yanılmadıq. Bu gün biz öz prezidentimizlə fəxr edirik. Prezident hakimiyyətə gələn gündən dövlətin güclü iqtisadiyyatını və ordusunu yaratdı. Ordumuz müasir silahlarla təhciz edildi. Gənclərimizin vətənpərvər ruhda böyüməsində böyük işlər gördü, daxili və xarici siyasətdə böyük uğurlar qazandı.
2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz 44 gün ərzində 30 il həsrət qaldığımız torpaqlarımızı düşmən işğalından azad etdi. 44 gün ərzində məhz İlham Əliyevin ətrafında Dəmir Yumruq kimi birləşərək torpağımızı azad elədik. Əlbəttə, biz buna görə sərkərdəmizə, Ali Baş Komandanımıza, cənab Prezidentə təşəkkür edirik. Onun rəhbərliyi ilə döyüşən igid ordumuza, Şəhidlərimizə, Qazilərimizə borcluyuq”.
M.İbrahimov qeyd edib ki, Azərbaycan bütün dünyada qələbə çalmış xalq, Cənubi Qafqazın lider dövləti kimi tanınır. Əlbəttə ki, bu cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir:
“Cənab Prezidentlə bərabər birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə aparılan islahatlar, böyük Muğam Televiziya müsabiqələri, beynəlxalq muğam festivalları millətimiz üçün yüksək dəyərə malikdir. Heç təsadüfi deyil ki, cənab Prezidentin rəhbərliyi ilə qələbəmizdən 6 ay sonra Şuşada “Xarıbülbül” festivalında iştirak elədik. Mən mayın 28-i, Müstəqillik Günümüzdə bir ağdamlı kimi Ağdamın təməlqoyma mərasimində iştirak elədim. Bundan böyük xoşbəxtlik ola bilməz”.
Bu gün biz Azərbaycan prezidentinin 60 illiyinin tamam fərqli bir formada qarşılandığını vurğulayan M.İbrahimov qeyd edib ki, Yeni İlimizi də tamam fərqli bir formada qarşılayırıq:
“Bunlar hamısı ölkənin liderinin yaratdığı fərqlilikdir. Prezidentimiz vətənini, millətini çox sevir. Ona cansağlığı arzulayıram. Ailə xoşbəxtliyi arzulayıram. Allah onun balalarını, nəvələrini qorusun. Canı sağ olsun ki, millət, dövlət olaraq Qarabağı yüksək ruhumuzla yenidən quraq və o yerlərdə xoşbəxt yaşayaq. Prezidentə cansağlığı, bir daha cansağlığı arzulayıram”. /hafta.az/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"