Sevindik Nəsiboğludan “Möhtəşəm Zəfərin nişanəsi”

13:53 24-12-2021 | icon 1534 | Ədəbiyyat
Sevindik Nəsiboğludan “Möhtəşəm Zəfərin nişanəsi”

Gənc yazar Sevindik Nəsiboğlunun 5-ci kitabı olan “Möhtəşəm Zəfərin nişanəsi” kitabı işıq üzü gördü.

 
 
Versus.Az xəbər verir ki, Keçirdiyi sevinc hisslərini bölüşən yazar sayca 5-ci kitabının şəhidlərimizə və 44 günlük Vətən müharibəsinə həsr olunduğunu bildirib.
 
 
Sevindik Nəsiboğlunun sosial şəbəkə üzərindən paylaşımını təqdim edirik:
 
 
 
 
 
 
 

"“Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabım işıq üzü gördü! Çox həyəcanlıyam. Yeni kitabım nəşr olunduğu üçün sevinirəm, amma şəhid qardaşlarıma görə çox kədərlənirəm. “Möhtəşəm zəfərin nişanəsi” adlı kitabım 708 səhifədən ibarətdir. Bu kitabın hər səhifəsində şəhidlərimizi tanıtmağa çalışmışam. Əvvəl dediyim kimi indi də demək istəyirəm ki, bu, mənim şanlı vətənim qarşısında borcumun cüzi bir hissəsidir! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

 
 
 
Kitabın annotasiyasını oxucularıma təqdim edirəm:
 
Məktəbli şair-publisist, olduqca zəhmətkeş yazar Sevindik Nəsiboğlu “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabı ilə oxucularla sayca 5-ci dəfə görüşür. Müəllifin “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabları 2018-ci ildə, “Ulu Naxçıvanım” adlı nəsr və “Konüllərə yol gəzirəm” adlı şeir kitabları isə 2020-ci ildə nəşr edilmişdir. Bu kitabların hər biri müəllifin kimliyini görmək, onun daxili aləmini tədqiq etmək üçün kifayət edəcək gücdədir. 700-dən çox səhifədə qərar tutmuş “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabın əsas mövzusunu 1-ci Qarabağ müharibəsi, atəşkəs dövründə, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət, 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, sağlamlığını itirmiş qazilərimiz, müharibə iştirakçıları haqqında həssaslıq, vətənpərvərlik, kədər içərisində qürur və sevinclə qələmə alınmış, Vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, məqalə-şeirlər, şeirlər, düşmən tapdağından azad edilmiş şəhər, qəsəbə və kəndlərimizə, şanlı ordumuza, türkçülüyə, qəhrəmanlığa həsr edilmiş zəfər ətirli şeirlər, anım tədbirlərində çıxışlar, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılmış Vikipediya səhifələri təşkil etmişdir. Belə ki, ümumilikdə, 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalə və şeir, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir və 365 nəfər şəhidimiz haqqında Vikipediya səhifəsi yer almışdır.Kitabı 400-dən çox Vətən oğulları — şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçıları haqqında ensklopedik toplu kimi də qəbul etmək olar. Kitabda yer almış bir çox yazılar müəllifin redaksiya heyətinin üzvü və ən gənc müxbiri olduğu “Kredo” qəzetində, “Afia.az” saytında və digər xəbər saytlarında dərc edilmişdir.
 
 
Vətənini, millətini, torpağını, müzəffər ordusunu, Vətən fədailərini sevən hər bir şəxs üçün bu kitabın maraqla qarşılanacağına Möhtəşəm Zəfərimiz kimi inanırıq.”"
 
 
 



Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...