Bayram yarmarkalarına start

15:33 10-12-2018 | icon 470 | Gündəm
Bayram yarmarkalarına start

 

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən Versus.Az-a verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyalarının qarşısında quraşdırılıb. Hazırda Nəsimi rayonu ərazisində 6, Nərimanov rayonunda 5, Yasamal rayonunda 3, Binəqədi rayonunda 2, Nizami rayonunda 6, Xətai rayonunda 1 yerdə olmaqla ümumilikdə 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.

 

Bayram yarmarkaları 2019-cu ilin yanvarın 3-dək davam edəcək. Çadırlarda əsasən Yeni il hədiyyələri və meyvə-tərəvəz məhsulları satılır.

 

Yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.

 

Xatırladaq ki, Bakı şəhər İcra hakimiyyəti tərəfindən ötən il paytaxtda 13 bayram çadırı qurulmuşdu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür