Bu qidalar depressiyaya səbəb olur

16:00 27-12-2021 | icon 649 | Sağlamlıq
Bu qidalar depressiyaya səbəb olur

Depressiya və piylənmənin inkişaf riskini azaltmaq üçün qida rasionuna bəzi məhdudiyyətlər qoyulmalıdır.

 

Bu barədə rusiyalı dietoloq Anastasiya Tarasko istehlakı insanda depressiyaya səbəb ola bilən məhsullar barədə danışarkən xəbərdarlıq edib.

 

Mütəxəssis müxtəlif çörək və qənnadı məmulatları kimi tez həzm olunan karbohidratlarla zəngin qidalardan imtina etməyi məsləhət görür.

 

 

“Bu məhsullar insan bədəninə daxil olduqda, qanın kəskin doyması baş verir, ancaq bundan sonra da onlar orqanizmi sürətlə tərk edirlər, buna görə əhvalda kəskin dəyişiklər olur, yüngül depressiya baş verir, həmçinin başqa bir şey yemək istəyi başlayır”, - deyə həkim izah edib.

 

Onun sözlərinə görə bu artıq çəki kimi məlum nəticələrinə gətirib çıxarır, həmçinin bir çoxlarının hesab etdiyi kimi, depressiyanı nəinki azaldır, əksinə daha da artırır.

 

 

“Pəhrizinizi triptofan olan qidalarla zənginləşdirin və əla nəticələr əldə edin”, - deyə Tarasko sözlərini yekunlaşdırıb.

 

Qeyd edək ki, triptofan - bədənimizin özbaşına serotonin (xoşbəxtlik hormonunu) istehsal edə bilməsi üçün vacib amin turşusudur. Ancaq triptofanın özü bədənimizdə istehsal olunmur, onu qidadan almaq lazımdır. O əsasən şokolad, pendir, ət, qoz-fındıq, soya, balıq və dəniz məhsulları, göbələk, yumurta və sair bu kimi məhsulların tərkibində olur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı