Gündə neçə narıngi yemək olar?

12:00 27-12-2021 | icon 534 | Sağlamlıq
Gündə neçə narıngi yemək olar?

Gündə 4-5 narıngidən artıq yemək olmaz.

 

Bu barədə rusiyalı dietoloq və qidalanma mütəxəssisi Nadejda Tsapkina xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, bu meyvələrin gündəlik qəbulu 40 qramdan çox olmamalıdır.

 

“Narınginin həddindən artıq istehlakı qaraciyərdə problem yarada bilər. Bundan başqa, mümkün allergik reaksiyanı da unutmamalıyıq. Qastritli insanlar da diqqətli olmalıdırlar, çünki naringilər bağırsaqların və mədənin selikli qişasını qıcıqlandıra bilər”, - deyə həkim vurğulayıb.

 

Tsapkina eyni zamanda qeyd edib ki, narıngilər kalsium, maqnezium, kalium, “D”, “K” və “B” vitaminlərinin mənbəyidir. Onun sözlərinə görə, bu meyvələrin tərkibindəki lif mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmağa kömək edir, “C” vitamini isə immun sistemini gücləndirir (bu da koronavirus pandemiyası dövründə xüsusilə vacibdir).

 

“Bu sitrus meyvəsi fitonsidlər və efir yağları ilə kompleks şəkildə viruslarla mübarizə aparmağa kömək edir. Tərkibində bioflavonoidlərin və antioksidant beta-karotinin olması isə xərçəngin əmələ gəlməsinin qarşısını alır”, - deyə həkim sözlərini yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...