Bu ada üçün kral axtarılır
Böyük Britaniyanın şimal-qərbində yerləşən Pil adası üçün kral axtarılır.
Məlumata görə, krallığın şimal-qərbində yerləşən Barrou-in-Furness Şəhər Şurası şəhərin inzibati sərhədləri daxilində yerləşən Pil adasının kralı olmaq üçün vakansiya elan edib.
Ada Furness yarımadasından 800 metr məsafədə yerləşir. Bura apreldən sentyabr ayına qədər davam edən bərə ilə və ya suyun çəkilməsi zamanı piyada getmək olar.
Vakansiyada qeyd edilir ki, aprel ayından başlayan mövsümə qədər bar və otelin idarəçiliyini ələ keçirmək, 14-cü əsrdən qalmış qalanı qorumaq və 10 il adanın kralı olmaq lazımdır. Eyni zamanda, tacqoyma olduqca sadədir: ərizəçi köhnə qılıncla "taxtda" oturur və sonra başına bir neçə vedrə spirt tökülür.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"