Kinorejissor ermənilərlə görüşdən danışdı

17:43 27-12-2021 | icon 1020 | Müharibə
Kinorejissor ermənilərlə görüşdən danışdı

Ayaz Salayev: “Qarabağ müzakirə mövzusu olmadı”

 

Ötən günlərdə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüb.

 

Görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan və Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.

 

Kinorejissor Ayaz Salayev görüş haqqında təəssüratlarını bölüşüb.

 

Kinorejissorun sözlərinə görə, görüşdə erməni tərəfi Azərbaycandan öz terrorçularının Ermənistana qaytarılmasını istəyib:

 

“Biz tərəfdən bu iddialara qarşı mina xəritələrinin düzgün verilməməsi cavabı verildi. Gələcəkdə iki tərəf arasında görüşlər planlaşdırılır. Amma dəqiq vaxt hələ müəyyən olunmayıb. Biz müzakirə etdik ki, gələn görüş yenidən Rusiyada olsun. Şəhər isə ya Moskva, ya da Peterburq olacaq. Bu görüş  bizim üçün sadəcə tanışlıq xarakteri daşıyırdı. Gələcəkdə ortaq layihələrin olmasını isə hələ deyə bilmərik. Çünki bu barədə danışıqlar aparılmadı. Amma görüşlər mütləq bir cəhd kimi olmadır. Nəticəsini isə gələcək göstərəcək. İki xalq arasında əlaqələrin olması üçün görüşlər olmalıdır. İlk addım kimi bu görüşlərdən razı qaldım. Mənim bu görüşlər haqqında müəyyən idealarım var, amma hələ formalaşmayıb”.

 

Ayaz Salayev erməni nümayəndələrinin onlara münasibətindən də danışıb:

 

“Görüş zamanı hiss olunurdu ki, onlara bizim qələbəmiz təsir edib. Bir az duruxmuşdular, uduzmuş xalq kimi görünürdülər. Amma münasibətləri normal idi. Qarabağ məsələsi isə görüşdə müzakirə olunmadı, heç oluna da bilməzdi. Azərbaycan prezidenti bu məsələyə son qoyub”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı