Ermənilər azərbaycalı ziyalılarla görüşün təfərrüatından danışdılar

17:49 27-12-2021 | icon 1061 | Mədəniyyət
Ermənilər azərbaycalı ziyalılarla görüşün təfərrüatından danışdılar

"Münasibətlərimizdə çoxlu mina sahələri var"

 

Azərbaycan və Ermənistanın bir qrup ziyalısı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüb. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan və Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.


Versus.az
 xəbər verir ki, erməni nümayəndələr bu görüşlə bağlı fikirlərini mətbuata açıqlayıblar. Onlar bildiriblər ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün ilk növbədə əsirlərin qaytarılması məsələsini önə çəkiblər.



Hovhannes Tumanyan adına İrəvan Dövlət Kukla Teatrının direktoru və bədii rəhbəri Ruben Babayan bildirib ki, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy hələ 2004, 2006 və 2008-ci illərdə də belə görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

“Şvıdkoy bu görüş öncəsi heç bir siyasi məsələnin müzakirə olunmayacağını bildirdi. Söhbət ancaq insani, humanist sferada getdi. Biz dedik ki, inam yaratmaq üçün müəyyən addımlar atılmalıdır və ilk addım əsirlərin qaytarılmasıdır. Ən mühüm insan problemi həll olunmasa, heç bir etimad ola bilməz, sülh prosesi başlaya bilməz. Hər şey edilməlidir ki, bu prosesə mane olmasın. Ümid edirəm ki, müəyyən addımlar atılacaq”, - deyən Ruben Babayan bildirib ki, Azərbaycan nümayəndələri də öz narahatlıqlarını bildiriblər ki, bu da əsasən minalanmış ərazilərlə bağlı olub.

 

R.Babayan vurğulayıb ki, onların bu görüşdə əsas məqsədi əsirlər məsələsini bir daha gündəmə gətirmək olub. O hesab edir ki, bu məsələyə bütün platformalarda müraciət etmək lazımdır.

 

Ruben Babayanın fikrincə, belə görüşlərin davamlı olması nəticələrdən asılıdır.

 

“Qrupumuzun bütün üzvləri çox yaxşı başa düşürdülər ki, Ermənistana qayıdandan sonra hücuma məruz qalacaqlar. Belə də oldu, amma əsirlərin qaytarılması məsələsi daha önəmlidir və hər şeyə ancaq onlar azad olunsa dözmək olar”, - deyə Babayan fikrini yekunlaşdırıb.



Stanislavski adına İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan da görüşün bəzi təfərrüatlarını açıqlayıb.

O da Azərbaycan nümayəndə heyətilə keçirilmiş görüşün humanitar xarakter daşıdığını, siyasi mövzulara toxunulmadığını vurğulayıb.

Marianna Mxitaryan deyib ki, Ermənistanla Azərbaycanın təhsil və mədəniyyət xadimləri 44 günlük müharibədən sonra ilk dəfə bu formatda görüşdülər.

 

“Görüş zamanı bildirdik ki, dialoq yalnız erməni əsirlərin qaytarılmasından sonra başlaya bilər. Azərbaycan nümayəndələri bizə dedilər ki, “bəli, sizin oğullarınız mütləq evlərinə qayıdacaqlar. Eyni zamanda Qarabağdakı minalanmış sahələrlə bağlı istəklərini ifadə edtilər, söhbət minalanmış ərazilərin xəritələrindən gedir. Mən isə bilirdim ki, obrazlı desək, münasibətlərimizdə çoxlu mina sahələri var. İlk növbədə bu problemləri həll etmək lazımdır".


Mxitaryan qeyd edib erməni tərəfinin mövqeyi dəyişməz olaraq qalır - hərbi əsirlər mümkün qədər tez qayıtmalıdırlar.


Ümumilikdə müzakirə iki saat yarıma yaxın davam edib. O, yaxınlarda növbəti belə görüşün olub-olmayacağını bilmədiyini deyib və bildirib ki, yeni görüş yalnız əsirlər qayıdandan sonra baş tuta bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...