Dünyanın üzündə döymə olan ilk teleaparıcısı

09:28 29-12-2021 | icon 608 | Maraqlı
Dünyanın üzündə döymə olan ilk teleaparıcısı

Yeni Zelandiyalı Orini Kaipara dünyada üz döyməsi olan ilk xəbər aparıcısı olub.

 

O, bədənində və üzündə fərqli döymələr daşıyan Yeni Zelandiyanın yerli Maori xalqının nümayəndəsidir.

 

Kaiparanın sözlərinə görə, o, üzündəki döyməni 2017-ci ildə etdirib və heç vaxt canlı yayıma çıxması üçün icazə veriləcəyini düşünməyib.

 

Xanım 2021-ci ildə “Newsshub Live” televiziya kanalında xəbər aparıcısı kimi işə düzəlib. Bu yaxınlaradək o, yalnız gündüz növbələrində işləyib. Dekabrın 27-də isə Kaipara təcili olaraq həmkarını əvəz etməli olub və “prime time” canlı yayıma çıxaraq məşhurlaşıb.

 

Orini indi axşam efirinə keçməyə ümid edir. Bu, onun üçün irəliyə doğru böyük bir addım olardı:

 

“Kimliyiniz və ya mədəniyyətinizin sizi məhdudlaşdırmasına icazə verməyin. Əksinə, ondan böyük işlər görmək üçün güc olaraq istifadə edin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı

“Telegram”da pul kisəsi olacaq

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

Valideynlər qiymətlərdən şikayətlənirlər