Qadın müdiri rüsvayedici video ilə HƏDƏLƏDİLƏR

12:58 29-12-2021 | icon 463 | Hadisə
Qadın müdiri rüsvayedici video ilə HƏDƏLƏDİLƏR

Azərbaycanda jurnalist adı ilə altında gizlənərək hədə-qorxu ilə pul tələb edən şəxslərin əməlinin təfərrüatı məlum olub.

 

Məhkəmə materiallarına əsasən, cinayətin motivlərini təqdim edirik.

 

2021-ci ilin mayın 27-də özünü “faktlaşdırma.az” xəbər portalının təsisçisi kimi təqdim edən Qurban Alışanov, özünü “Aztv.news” xəbər portalının baş direktoru kimi tanıdan Seymur Məmmədov, özünü “Araşdırmaçı Jurnalist Agentliyi”nin direktoru kimi təqdim edən Elvin Qurbanov qabaqcadan əlbir olaraq bağça müdirindən pul almağı planlaşdırıblar.

 

Onlar Bərdə rayonunun Dəymədağıldı kəndində yerləşən körpələr evi-uşaq bağçasına gəliblər.

 

Hər üç “jurnalist” bağça müdirinin (qadındır) diqqətinə çatdırıblar ki, onlar bağçada yoxlama aparacaqlar.

 

Onlar bağçada karantin və sanitar qaydalarının pozulduğunu, yemək cədvəlinin tutulmadığını və sair iradları bildirərək videoçəkilişlər aparıblar.

 

“Media mənsubları” bağça müdirini nüfuzuna xələl gətirəcək həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar barədə videoçəkiliş apararaq sosial şəbəkələrdə yayacağı ilə hədələyiblər.

 

Bu zaman onlar arasında danışıq olub. Hədə-qorxu ilə pul tələb edənlər bağça müdirindən 500 manat alacaqları təqdirdə, məlumatları ictimailəşdirməyəcəklərini bildiriblər.

 

Danışıqlar nəticəsində bağça müdiri məbləği 300 manata endirə bilib. “Jurnalistlərə” deyib ki, bir neçə saatdan sonra gəlsinlər və pulu götürsünlər.

 

Seymur çayxanada oturub gözləyib, Elvinlə Qurban isə pulu götürməyə gediblər. Bağça müdiri pulu onlara uzadan zaman onlar pulu alıb heç cibimə qoymamış arxadan polis işçiləri onları tutublar.  

 

Bağça müdiri ifadəsində göstərib ki, o, “reket jurnalistlərlə” danışdıqdan sonra prokurorluğa bu barədə məlumat verib. Polis prokurorluqdan daxil olmuş məlumatlar əsasında əməliyyat hazırlayaraq “jurnalistləri” zərərsizləşdirib.

 

Məhkəmənin hökmü ilə Qurbanın, Seymurun, Elvinin əməli Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (Qabaqcadan əlbir olan bir qrup şəxsin hədə-qorxu ilə pul tələb etməsi) tövsif edilib.

 

Cinayətin xarakteri, ictimai təhlükəliliyi, təqsirləndirilən şəxslərin ikisinin azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və sair cəzanı yüngülləşdirən hal kimi nəzərə alınıb.

 

Onların hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?