Baş nazirdən QƏRAR

15:42 29-12-2021 | icon 995 | Sosial
Baş nazirdən QƏRAR

Nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qayda dəyişdi

 

Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul 2009-cu il tarixli qərarında dəyişiklik edib.

 

Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük avtomobillərinin icazə verilən ümumi kütləsi üçoxlu avtomobil üçün 24 tondan 25 tona, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobillər üçün isə 25 tondan 26 tona dəyişdirilib.

 

Bundan başqa, yəhərli avtoqatarların icazə verilən ümumi kütləsi ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yarımqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yarımqoşqu ilə 38 tondan 40 tona çatdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...