YENİ İLə yazdığım məktubdan...

17:18 31-12-2021 | icon 2596 | Köşə
YENİ İLə yazdığım məktubdan...

İstəyinə mütləq nail olacaqsan

 

TAHİRƏ QAFARLI

 

Köhnə ildən Yeni İlə arzu, diləklər daşıyan "Poçt Qutusu"na məktub atıram. Onu öz ünvanına kimin - Şaxta Babanın və yaxud ruhumun, düşüncəmin yaratdığı başqa bir qəhrəmanın çatdıracağını bilmirəm. İnanıram ki, bu, göz qırpımından da iti olan bir kosmik sürətlə baş verir. Daxilimdə inam var ki, bu məktubu oxuyan O İLAHİ SEHİRLİ GÜC mütləq ona cavab verəcək. Özlüyümdə "niyə belə düşündüm" sualına da sadə bir cavabım var...

 
 
Məsələyə bir insanın istəkləri prizmasından yanaşsaq, danılmaz reallıq budur ki, məqsədin, istəyin aydın, düşüncələrin dəyişməzdirsə, onun üçün çalışırsansa, bu yolda qətiyyətli və cəsarətlisənsə, istəyinə mütləq nail olacaqsan. Bu, sizə bir az da bütün nağıllarda öz arzusunun ardınca gedib qarşısına çıxan devlərlə mübarizədə qalib gələn qəhrəmanları da xatırlada bilər. Əslində nə istədiyini bilən və heç nədən çəkinməyən, bəhanələr uydurmadan onun arxasınca getməyi bacaranlar, qorxmayanlar elə öz həyat nağıllarının qəhrəmanlarıdır. Danılmaz faktdır ki, hər kəs özü öz xarakterinə, şəxsi keyfiyyətlərinə görə öz "qəhrəmanını" yaradır. Arzuları gerçək olmayanlar isə heç də zəif deyil, sadəcə çox zaman xarakterli, istəkləri olan, lakin onun ardınca getməyənlərdir. Ona görə demək istəyirdim ki, arzu diləyirsizsə, onun ardınca mütləq gedin. Gedin ki, sonra özünüzü qınamayasız...
 
 
Məsələyə bir millət, xalq, dövlət, vətəndaş olaraq yanaşsaq, biz bunu 30 ilə yaxın etdiyimiz dualarımızın necə çin olmasında gördük. Uzun illər idi ki, bizim dualarımızda, istəklərimizdə "Torpaqlarımız işğaldan azad olunsun", "yağı düşmən torpaqlarımızdan rədd olub çıxsın" diləkləri var idi. Bu istəyimizdə elə qərarlı, dönməz idik ki, hətta canımızı, qanımızı verməyə belə hazır idik. Bütün Bayramlarda, yeni illərdə ilk duamız vətən üçün idi. Və milyonlarla belə duaları, məktubları o "Poçt qutusu"na göndərib O gözəgörünməz gücdən kömək diləyirdik. Bu məqsədimizin, istəyimizin qarşısında dayanan güclər, silahlar da bizi dayandıra bilməzdi. Bunun üçün bir yumruq olmalı, içimizdəki qorxaqları dəfv etməli və irəli getməliydik. Bir cana borclu olan insan-vətəndaş torpağı üçün ondan da keçməyə hazırdısa, qarşısında heç bir güc dayana bilməz və biz bu faktı 44 günlük vətən savaşında gördük, yaşadıq. Kiçikdən böyüyə, qocadan cavana hər kəs - kişilər, qadınlar vətənə qurban getmək üçün ayağa qalxdı. Ali Baş Komandan qətiyyətlə bu xalqın qarşısında dayanıb onu qələbəyə doğru apardı. Başqa cür mümkün də deyildi. Bütün millətin diləklərindəki arzu bu idi - Vətən torpaqlarının azadlığı!..
 
2020-cil 27 sentyabrda başlayan Vətən Müharibəsi 8 noyabr zəfəri, 10 noyabr üçtərəfli atəşkəs bəyanatı... 2021-ci il - yeniləşən Azərbaycanın Zəfər Yolunda atılan ilk addımlar... Böyük Zəfərə hesablanan proqramlar...
 
 
Bu gün Azərbaycanın öz haqları uğrunda savaş mübarizəsi davam edir. Ölkəmiz bu 2022-ci ildə heç şübhəsiz düşmənlər üzərində tarixi hərbi qələbəsinin 2-ci ildönümünü qeyd edəcək. Maraqlıdır ki, Azərbaycanımız yeni dönəmə sonu 0 olan tarixlə başladı. Bu bizim yenidən doğuşumuza və yalnız irəliyə zəfərlə gedəcəyimizə işarədir.
 
 
İndi şükr edirik, sevinirik ki, nəhayət torpaqlar azaddır. Torpaqlarımızı sanki quduz itin caynağından qoparmışıq. Vəziyyəti nə qədər ağır olsa da, onu əzizləyirik, dirçəldirik. Amma yağılar pusquda. ÖLKƏMƏ qarşı ən iyrənc iddialarla çıxış edirlər. Mənim millətimi, torpağımı, şərəfimi soyqırıma məruz qoyanlar az qala "niyə haqqını qorudun, düşmənə qarşı döyüşdün" iddiası ilə adımızı cinayətkar qoyurlar... düşmən öz məkrindən əl çəkmir.
 
 
Yeni ildə bu millətə daha çox cəsarət, daha çox güc, daha çox birlik nəsib et, ey uca yaradan, ruhları, cismləri, yeri, göyü, kainatı var edən uca varlıqların ruhu!..
Bizə istənilən düşmənin qarşısında dayanmağa güc ver. Sağlam düşüncə ver. Vətənini satmağa hazır olan qorxağı, qardaşım da olsa iflic elə, məhv et. Dünyada yaşayan azərbaycanlıları vətənin ətrafında birləşdir. Onların gözünü tox elə ki, ciblərini doldurmağı yox, bu vətənin taleyini düşünsünlər. Lobbi olub vətənin qarşısında qalxana çevrilsinlər. Vətənimə gözəl günlər nəsib elə Allahım. Qoy O gözəllikdən hər kəs dadsın...
 
Cəmiyyətdə hər kəsə - sosial vətəndaş, ziyalı, siyasətçi, müəllim, kimliyindən asılı olmayaraq üzərinə düşən məsuliyyəti anlamasına yardım et. Qoy O,  kimliyini dərk edərək yaşasın, fəaliyyət göstərsin. Dərk etsin ki, bu Vətən hansısa məmurun, nazirin, savadsız həkimin qaydaları ilə deyil, onun öz millətinin daha yaxşı yaşaması üçün göstərdiyi sayıqlıq, irəli sürdüyü tələblər əsasında gerçəkləşəcək.
 
 
Yeni ildə Azərbaycanımın sərhədlərinin tam müəyyənləşərək bütöv olmasını, sərhədlərinin düşmənə açıq almamasını, daxildə Xankəndi, Xocalıda ədalətin bərqərar edilərək terrorçulardan təmizlənməsini, torpaqların minalardan təmizlənib köçkünlərin öz yurduna qaytarılmasını, İrəvana gedən yolumuzun açılmasını, öz tarixi torpağından qovulan qərbi azərbaycanlıların vətənə qaytarılmasını, ermənilərin sülhə məcbur edilməsini, dövlətimin daha da qüdrətlənməsini və istənilən gücə qarşı dayana bilməsini arzu edirəm.
 
 
İnanıram ki, bu arzularımız da gerçəkləşəcək. Kimlərsə mane olmağa çalışacaq, bundan qazanc götürməyə çalışacaq, amma mütləq çin olacaq. Ən əsası daxili gücümüzü qorumaq və istənilən gücə qarşı birgə dayanmaq gücümüzü qorumalıyıq.
 
 
Köhnə arzularla dolu YENİ İLİMİZ MÜBARƏK! Əsas odur sağlam olaq, yaşayaq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı