Suyu qaynadıb içmənin ZƏRƏRLƏRİ

15:46 01-01-2022 | icon 800 | Sağlamlıq
Suyu qaynadıb içmənin ZƏRƏRLƏRİ

“Bəzən suyumuzun çirkli olmasına görə suyu qaynadıb içirik. Qaynadılmış suyu içəndə aşağıda yazdıqlarımı bilsəniz yəqin ki, bir daha içməzsiniz".

 

Versus.az xəbər verir ki, bunu həkim-fitoterapevt Füzuli Hüseynov içməli su ilə bağlı məsləhətində bildirib.

 

Həkim qeyd edib ki, su qaynayan zaman tərkibindəki kalsium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək su mineralsızlaşır:

 

"İkincisi su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır (xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır). Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.

 

Daimi qaynadılmış su içən insanların dəriləri sönük (əksinə çiy su içənlərin dəriləri parlaq olur), saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur.

 

Üçüncüsü suyu zərərsizləşdirmək üçün suya vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hal-hazırda su təmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləyib istifadə edə bilərsiniz və ya marketlərdə təmiz içməli sular satılır, onlardan da istifadə edə bilərsiniz. Bəzi evlərdə suyu daşdan süzüb istifadə edirlər, daş suyu mexaniki təmizləmək üçün çox yaxşıdır, daşdan süzülmüş su şəffaf və xoşagəlim olur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...