Finlandiyanın NATO-ya üzv olmaq istəyi və...

09:27 05-01-2022 | icon 757 | Geopolitika
Finlandiyanın NATO-ya üzv olmaq istəyi və...

Samir Hümbətov: "Bu, Rusiyanın Qərb tərəfindən ciddi çevrələmə siyasəti deməkdir"

 

"Öncə SSRİ-dən, sonra isə Rusiyadan çəkinərək uzun illər ərzində NATO-ya üzv olmağa cəsarət edə bilməyən Finlandiyanın Şimal Alyansına qatılmaq haqqında qərar verməsi artıq ən yüksək səviyyədə, xüsusilə də hökumət başçısı səviyyəsində dilə gətrilməyə başlanılması sözün həqiqi mənasında Qərb və Rusiya arasında soyuq savaşın pərdə arxasında çıxdığını göstərən amillərdən biri kimi qəbul edilə bilər".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Samir Hümbətov şərh edib.
 
 
"Bir neçə gün öncə Finlandiyanın “Yle” telekanalının yaydığı məlumata görə Finlandiyanın baş naziri Sanna Marin bildirib ki, ölkə NATO-ya üzvlük üçün müraciət etmək imkanını özündə saxlayır. O bildirib ki, “Bizim NATO-ya üzvlük üçün müraciət etmək imkanımız var və bunu real hesab edirik. Biz həmçinin öz təhlükəsizlik qərarlarımızı vermək üçün seçim azadlığını yüksək qiymətləndiririk. Hazırda regionda vəziyyət qiymətləndirilir və qiymətləndirmənin nəticələrinə əsasən hərbi bloka üzvlüklə bağlı qərar veriləcək”.
 
Finlandiya baş naziri Sanna Marinin söylədiyi bu fikirlərdən bir neçə versiya irəli sürmək olar".
 
 
Politoloqun fikrincə, buradan belə nəticəyə gəlmək olar ki, Finlandiyanın NATO-ya üzv olmaq məsələsinin arxasında duran amillər bunlardır:
 
 
"1. Ukrayna məsələsi ilə bağlı olaraq Qərb və Rusiya arasında qarşıdurmanın daha da gücləndiyi vaxtda NATO-ya üzv olma məsələsində Rusiya daha çox dirənc göstərə bilməyəcək.
 
 
2. Əgər Finlandiya NATO-ya üzv olmasa, onu da Ukrayna, Gürcüstan və Moldovanın aqibəti gözləyə bilər. Hətta 1939-cu ilin payızında SSRİ ilə Finlandiya arasında əldə edilmiş ərazi güzəştləri pozula bilər. Nəticədə SSRİ iddia etdiyi və infrastruktur baxımından, xüsusilə də inkişaf etmiş dəmir yolları və avtomobil yolları şəbəkəsinə malik Karel bərzəxinin bir hissəsini, eləcə də Fin körfəzindəki adanı və Finlandiyanın Xanko adası ani bir hücumla Rusiya tərəfindən ələ keçrilə bilər. Bu isə, Finlandiyanın işğalı hesab edilə bilər.
 
 
3. Finlandiya NATO-ya üzv olmaqla gələcəkdə öz təhlükəsizliyini daha üstün və etibarlı səviyyədə qorumağı hədəfləyir.
 
 
Digər tərəfdən isə burada Qərbin də özünəməxsus hədəflərinin olduğu görünür. ABŞ başda olmaqla Qərbin atdığı addımlar ona hesablanır ki, Finlandiyanı NATO-ya üzv qəbul etməklə Rusiyanı bir yox, bir neçə istiqamətdən çevrələməklə onu daha çox təzyiq və təcrid vəziyyətində saxlaya bilsin. O zaman Rusiya təkcə Ukrayna cəbhəsində deyil, eyni zamanda Şimal cəbhəsinə də diqqət yetirməli olacaq. Bu isə Rusiyanın ordu gücünün paylaşdırılması deməkdir.
 
Finlandiyanın baş naziri Sanna Marinin onu da əlavə edib ki, Finlandiya Avropa İttifaqı ilə də müdafiə sahəsində əməkdaşlığı gücləndirir. Bu isə onu deməyə əsas verir ki, Finlandiya Ukrayna və Gürcüstanın aqibətini yaşamaq niyyətində görünmür. Əlbəttə ki, iqtisadiyyatı güclü inkişaf etmiş Finlandiya üçün ən vacib olan məsələ xarici təhlükəsizliyini qorumaqdır".
 
 
S.Hümbətov onu da qeyd edib ki, əgər Finlandiya NATO-ya üzv olarsa, bu, Rusiyanın Qərb tərəfindən ciddi çevrələmə siyasəti deməkdir:
 
"Həmin hadisə XX əsrin 50-70-ci illərində SSRİ-nin Qərb tərəfindən çevrələnmə siyasətinə məruz qalması ilə müqayisə etmək olar".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin