Tumlu, yoxsa tumsuz?

10:17 05-01-2022 | icon 495 | Sağlamlıq
Tumlu, yoxsa tumsuz?

Narın adı gəldikdə, dəqiq cavabı olmayan bir sual yaranır – bu meyvəni tumlu yemək lazımdır, yoxsa tumsuz? Nar həvəskarları iki kateqoriyaya bölünür - bəziləri onu çəyirdəkləri ilə birlikdə yeyir, bəziləri isə yox. Bəs daha doğru üsul hansıdır?

 

Nar toxumlarında antioksidan xüsusiyyətlərə malik polifenollar, vitaminlər və müxtəlif üzvi turşular var. Ənənəvi Çin təbabəti nəzəriyyəsinə görə, narın toxumları ilə birlikdə istifadəsi mədə-bağırsaq traktına faydalı təsir göstərir, yəni: ishalı aradan qaldırır, həzmi yaxşılaşdırır və iştahı artırır. Bundan əlavə, çəyirdəkləri çeynəmək ağızda iltihabla mübarizə aparmağa kömək edir və dişləri gücləndirir.

 

Ancaq unutmayın ki, nar dənələri həm də kifayət qədər sərtdir və onları yaxşıca çeynəmək lazımdır. Nar toxumlarının həzmə kömək etməsinə baxmayaraq, həzm edilməsi çətin olan bir maddədir. Bəzən narın tumları bağırsaqda toplana və qəbzlik yarada bilər.

 

Odur ki, narın necə yeyilməsi sualına cavab fərdi xarakter daşıyır. Əgər bu, sizin üçün heç bir problem yaratmırsa, o zaman narı çəyirdəyilə birlikdə yemək daha faydalıdır. Yox, əgər yaradırsa, demək ki, sizin üçün əlverişli variant narı yeyərkən çəyirdəyini çıxarmaq və ya bu meyvənin özünü yox, şirəsini içməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...