Eynulla Fətullayev-Zaur Rəsulzadə DAVASI

11:13 05-01-2022 | icon 503 | KİV
Eynulla Fətullayev-Zaur Rəsulzadə DAVASI

“Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev keçmiş əməkdaşı Zaur Rəsulzadəyə qarşı sərt ittihamla çıxış edib.



Versus.Az xəbər verir ki, o özünün sosial şəbəkə hesabındakı açıqlamasında 2 il əvvələdək “Haqqın.az”da siyasət şöbəsinin müdiri olmuş Zaur Rəsuladənin yazı yaza bilmədiyini iddia edib:



“Əvvəllər, bir əməkdaşım var idi. Özü jurnalist kimi çalışsa da, imzası mənə və redaksiyamızda çalışan Natella Rüstəmovaya məxsus idi. Yəni cisim kimi redaksiyada saxlayırdım, ölü can kimi... Bəs nə edim? Redaksiyanı tam olaraq xarici müəlliflərdən formalaşdıra bilmərəm axı... Dedim, heç olmasa 1-2 dənə də azərbaycanlı cisim - ölü can kimi olsa da, redaksiyada yaşasın. Sonra bu cisim getdi özünə sayt açdı. Sayt 1 ilə yaxındır ki, fəaliyyət göstərsə də, fəqət bu cisim saytında 1 dənə də olsun yazı yazmayıb. Çünki bədbəxt yaza bilmir. Bugünlərdə cisimə tapşırıq veriblər ki, əleyhimə məqalə yazsın. Başqa müəllifə müraciət edib. Çünki yaza bilmir... Əslində, o birisi də yaza bilmir, cızmaqaradır.

 

Bu gündən mənə məxsus olan Zaur Rəsulzadə imzasını bərpa edirəm. Ad cisimə məxsus olsa da, imza mənimdir. Bu imza altında 100-lərlə məqalə yazmışam... Cisim etiraz etsə, bir təklifim var. 5 saat vaxt verirəm ona, yanımda, müşahidəm altında heç olmasa 3 min işarəlik bir məqalə yazsın. Yaza bilsə, ona dərhal 10 min dollar qonorar verirəm. Necədir? Şahidlik etmək istəyən varmı? 
İndi isə bir imzamı özümə qaytardım".



Eynulla Fətullayevin ittihamlarını rədd edən Zaur Rəsulzadə isə (o hazırda “Korrespondent.az” saytına rəhbərlik edir-red.) onun yalan danışdığını bildirib:


"Eynulla Fətullayevə başqa heç nə cavab verməyəcəyəm, onu yaxşı tanıyıram, ona görə də Allah hökm verəcək... dostu Telman İsmayılovun dediyi kimi, Azərbaycan atalar sözləri ilə yaşamaq lazımdır... Açaram sandığı, tökərəm pambığı...”.



“Haqqin.az” saytı ilə artıq 2 ildir heç bir əlaqəsinin olmadığını deyən Z.Rəsulzadə keçmiş baş redaktoruna xəbərdarlıq ünvanlayıb və deyib ki, orada “Zaur Rəsulzadə” imzası ilı yazı dərc olunca, məhkəməyə müraciət edə bilər:
 

“Mən bütün yazılarımı həmişə Zaur Rəsulzadə və “Alxas İsmayılov” təxəllüsü ilə imzalamışam, bundan sonra haqqin.az saytında bu adlarla yazılar çıxsa, məhkəməyə vermək hüququmu özümdə saxlayıram...”.



Qeyd edək ki, 2020-ci ildə ölkə başçısının sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına fəxri adlar verilərkən “Haqqın.az” saytının iki əməkdaşı da siyahıda olub. Belə ki, dövlət başçısının sərəncamı ilə saytın baş redaktoru Eynulla Fətullayevə və siyasət şəbəsinin müdiri Zaur Rəsulzadəyə “Əməkdar jurnalist” fəxri adı verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı