Deputat və ekspertdən ÇAĞIRIŞ

11:17 05-01-2022 | icon 562 | Sosial
Deputat və ekspertdən ÇAĞIRIŞ

Hökumət çörək və unla bağlı təcili addım atmalıdır”

 

Ölkə ərazisində satılan un və un məmulatlarının, o cümlədən çörəyin qiymətində artım baş verib. Dünəndən sosial şəbəkələrdə bununla bağlı narazılıq bildirənlərin sayı durmadan artır.

 

Belə ki, əvvəllər 50 kiloqramlıq un kisəsinin qiyməti 27-28 manat arası idisə, indi həmin qiymət 10 manat artaraq, 36-37 manat olub.

 

Maraqlıdır, qiymət artımının belə yüksək olmasının səbəbi nədir?



Milli Məclisin deputatı Vahid Əhmədov un və un məmulatlarının qiymət artımından danışarkən deyib ki, dotasiya hesabına unun qiymətini stabil saxlamaq mümkündür:


“Hökumət hər zaman çörəyin qiymətini stabil saxlamaq üçün dotasiya verirdi. Düşünürəm ki, hökumət yenə də bu addımı atmalıdır. Nəzərə almaq lazımdır ki, unun qiymətinin artımı təkcə çörəyin qiymətinə deyil, digər un məmulatlarına da təsir göstərir. Yəni dotasiya verərək, unun qiymətini stabil saxlamaq mümkündür.

 

Həmçinin deyə bilərəm ki, bahalaşma ilə bağlı hökumət üzvləri də fikir bildirmişdi. Yəni, qiymət artımı gözlənilən idi, çünki taxılın əksər hissəsi xaricdən idxal olunur və orada vergilər yüksəkdir. Belə görünür, hökumət xaricdən təkcə taxıl deyil, qiymət artımı da idxal edir”.

 

 

Deputatın sözlərinə görə, orta aylıq əməkhaqqının artırılması kifayət deyil:

“Vətəndaşlar heç vaxt qiymət artımına hazır deyil, çünki onlar ciddi problemlərlə üz-üzədirlər. Doğrudur, yaşayış minimumu və orta aylıq əməkhaqqı artırılıb, amma hesab edirəm ki, kifayət deyil. Verilən müsbət qərarlar inflyasiyanı müəyyən qədər qabaqlasa da, nəzərə almaq lazımdır ki, subyektiv qiymətlər də var. Misal üçün, yanacağın artması ilə əlaqədar əgər təkcə yanacağa bağlı olan məhsulların qiyməti artsa, başadüşüləndir. Yox, həm də salfetin qiyməti qalxırsa, bunun qarşısını almaq lazımdır. Belə qiymət artımlarının qarşısını almaq üçün dövlətin kifayət qədər ehtiyatı olmalıdır. Subyektiv qiymət artımı ilə bağlı isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən işlər görməlidir”.
 

 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov təklif edib ki, hökumət zavod çörəyi istehlakçılarına müəyyən subsidiyalarla kömək etsin:
 

“Dünya bazarında və o cümlədən qonşu Rusiyada buğdanın qiyməti xeyli artıb. Bu da Azərbaycan bazarında un və un məmulatlarının qiymətinə təsir edir.

 

Azərbaycan cəmi 25% öz buğdasından istifadə edir. Azərbaycanın çörək biznesinin geri qalan 75%-i isə xarici buğdadan və undan asılıdır.

 

Biz bilməliyik ki, çörək liberal biznesdir, kim istəsə sata bilər. Lakin hökumət zavod çörəklərinə nəzarət edir. Bu bizneslə məşğul olan şəxslər hazırda qırmızı xəttin üzərində dayanıblar. Çünki onlara təzyiq var. Baxmayaraq ki, bu təzyiq qeyri-qanunidir.

 

Düşünürəm ki, hökumət zavod çörəyinə təzyiqi azaltmalıdır. Elə bir iş aparmalıdır ki, bu sahədə daha çox rəqabət olsun. Və yaxud sosial çörək istehsalçılarına müəyyən subsidiyalarla kömək etməlidir”.

 

 

AİB sədrinin sözlərinə görə, qiymət artımı belə gedərsə, çörək sexlərinin əksəriyyəti bağlanacaq və sərbəst qiymətə keçid baş verəcək:


“Qeyd edim ki, hazırda 50 qəpiyə ola zavod çörəkləri 65 qəpiyə, 40 qəpiyə olanlar isə 50 qəpiyə satılır. Əgər belə gedərsə, çörək sexləri bağlanacaq və sərbəst qiymətə keçdikdə vəziyyət daha da pis olacaq. Biz bilməliyik ki, Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir.

 

Artımların hər birinin səbəbi dünya bazarındakı qiymətlərlə əlaqəlidir. Azərbaycan bazarı dünya bazarına inteqrasiya olunub deyə təsirləri olur. Lakin bir nüans var ki, dünya bazarında qiymət azalması olduqda,  bu Azərbaycanda baş vermir. Bunun səbəbi isə ölkə prezidentinin dediyi kimi, Azərbaycanda monopoliyanın hökm sürməsidir. Belə bir şəraitdə təbii ki, Azərbaycan bazarı qiymət artımına reaksiya verdiyi kimi, qiymət düşümünə reaksiya vermir”. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR