Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

15:03 12-12-2018 | icon 465 | Gündəm
Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

 

Laçınlı müharibə iştirakçıları Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.



Versus.Az-ın məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibəti ilə əlaqədar "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin və Laçın rayon filalının birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.



Laçınlı müharibə iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Tədbir iştirakçıları daha sonra Şəhidlər xiyabanını ziyarət edərək məzarlar önünə gül dəstələri qoyublar.

Qarabağ müharibəsi iştirakçıları, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri və Laçın rayon ictimaiyyətinin nümayəndələrinin də iştirak ilə tədbir “Laçın” mərasim evində davam etdirilib.



Tədbiri giriş sözü ilə açan “Qarabağ Əliləliri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Laçın rayon təşkilatının sədri Babək Aslanov, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən danışıb. Müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısı siyasətinin əsasını ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Babək Aslanov qeyd edib ki, Birinci Qarabağ müharibəsinin Laçından olan bütün döyüşçüləri hər an Ali Baş Komandanın döyüş əmrini gözləyir və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşa həmişə hazırdılar.



"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub və ölkədə bütün sahələrdə islahatlar başlanıb. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə ictimai-siyasi sabitlik bərpa edilib, demokratik təsisatlar yaradılıb, dövlət idarəçilik sistemi formalaşdırılıb. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin praqmatik fəaliyyəti sayəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olub. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb. Şəxsi heyətin döyüş və mənəvi hazırlığı kifayət qədər yüksək səviyyədədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, torpaqlarımızı işğaldan azad edək.

 



Çıxış edən Vaqif Şükürov, Emin Həsənli, Xəyyam Mirzəyev və başqaları diqqətə çatdırıblar ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail və hər cür qayğı ilə əhatə olunması təşkil edir.



Digər çıxış edənlər də işğal altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü sayəsində azad olunacağına əminliklərini ifadə ediblər.

 

Gülnar İsmayılova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı