“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

15:58 12-12-2018 | icon 652 | Siyasət
“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

 

 

İlqar Altay: “Əgər ortada “dağ” yoxdursa, bu nəyin zirvəsidir?”

 

 

“Orda bir-birinə salam verməyən insanlar var. Əgər ortada “dağ” yoxdursa, bu nəyin zirvəsidir? Yaxud, bu addımda belə bir iddialı hədəf üçün hansı siyasi platforma və ya proqram bazası var? İnciməsinlər, bu sadəcə bir ad günü, sünnət məclisi cəhdinə bənzəyir”.

 

Bunu Versus.Az-a Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri İlqar Altay 30 partiyanın dəvət olunduğu “müxalifətin zirvə görüşü” ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu zirvənin arxasındakı motiv, əsasən dəvət edənin məclis sahibi kimi özünü cəmiyyətin müxalifətin gündəminə saldırma fəndidir:

 

“Bu “zirvə” real olmayan bir zarafat kimidir. Belə spontan, yersiz və qeyri-səmimi "təşəbbüslərin" pozucu gücü daha çoxdur. Bunu müxalifətin tanınmışları da bu cür dəyərləndirdilər”.

 

İ.Altay bir qədər əvvəl aparıcı partiya olan AXCP liderinin birlik anlaşması üçün Müsavat və Real partiyalarının liderləri ilə keçirdiyi görüşü də xatırladıb:

 

“Sonralar özü də etiraf etdi ki, eyni bir bilikdə olmaq fikirləri yoxdur. Yəni belə hesab olundu ki, bunun üçün istək, zaman və şərait yetişməyib. Bu 3 sistemli partiyanın birliyi alınmadığı halda, sabiq hakimiyyətin, sabiq polis rəhbəri, həm də siyasi cəhətdən halsız-tükənmiş bir şəxs 30 partiyanı bir yerə yığıb nə cür zirvə təşkil edir?”

 

İ.Altay bildirib ki, bu cür təşəbbüslər ilk dəfə deyil:

 

“Neçə vaxt idi yox idilər, indi yenə bir dəstə peyda olub. Cəmiyyətdə bir oyanış, hərəkat duyan kimi bu cür “siyasi aradüzəldənlər” ön sıraya çıxıb, aləmi qatıb qarışdırır, sistemi pozurlar. Onlar müxalifət udarsa, hətta vəzifə də tuturlar. Müxalifəti, yaxud əldə etdiyi hakimiyyəti uduzduran kimi hər şeyi liderlərin üzərinə atıb aradan çıxırlar. Heç bu işin içində olmayıblarmış kimi, üstəlik onları qınağa da tuturlar. Əslində belələri anarxistdirlər, yəni ara qarışanda, hamı itirirkən xeyir tapanlar. Heç bir hakimiyyəti sevməyən, heç biri ilə yola getməyən, onu sarsıtmaya gətirənlər. Bunlar ümumi qayda-qanun, dövlətçilik sevmir. Ona görə də hesab edirəm ki, bu zirvə hamı - ölkə, dövlət, xalq üçün ziyanlıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin