Xorvatiyanın ən güclü klubunun radarına düşdü

12:30 07-01-2022 | icon 508 | İdman
Xorvatiyanın ən güclü klubunun radarına düşdü

Millimizin və Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli Xorvatiyanın ən güclü klubu olan Zaqreb “Dinamo”sunun transfer hədəfinə düşüb.

 

Versus.Az xarici mediaya istinadən xəbər verir ki, əvvəl Xorvatiyanın “Xayduk” klubu ilə adı hallanan Mahiri “Dinamo” heyətinə qatmaq istəyir.

 

22 qat Xorvatiya çempionu, hazırda çempionatın lideri olan “Dinamo” müdafiənin sol və sağ cinahlarına, o cümlədən hücum xəttinə oyunçu axtarır. Hücum xəttinə əsas namizəd kimi isə Emreli göstərilir.

 

Onun bu mövsüm 33 oyuna 11 qol vurması, avrokuboklarda “Budö/Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Lester” (İngiltərə), “Napoli”nin (İtaliya) qapısına yol tapması diqqətləri üzərinə çəkib. Futbolçunun transfer qiyməti isə 2 milyon avro göstərilir.

 

Emrelinin transfer işlərini hazırda Xorvatiyaya qonşu olan Bosniya və Herseqovinadan olan menecer həyata keçirir. Hazırda “Dinamo”da iki bosniyalı futbolçunun da oynadığını nəzərə alsaq, bu keçidin baş tutmaq ehtimalı mümkündür. Həmçinin, Mahirin əvvəllər millimizdə xorvat baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında oynaması da “Dinamo”nun bu futbolçunu yaxından tanımasını asanlaşdırıb.

 

Qeyd edək ki, “Legiya” BƏƏ-nin Dubay şəhərində təlim-məşq toplanışında olsa da, Mahir Emreli klub azarkeşləri tərəfindən döyülmə faktına görə, komandanın hazırlıq prosesinə qatılmayıb. O, hüquqşünas vasitəsilə Varşava klubu ilə müqaviləsinin pozulmasını istəyir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin