Tahir İmanov şikayt etdi
"Bu cür bayağı təbliğatla davam etsək, 10-15 ildən sonra..."
"Dövlətimiz çox gözəl tədbirlər, konsertlər keçirir. Mən daim yalnız o tədbirləri izləmişəm, çünki orada əsl Azərbaycan musiqisi, mədəniyyəti təbliğ olunur, göstərilir. Tövsiyə edərdim ki, gənclər məhz bu konsertlərə baxsınlar və bilsinlər ki, əsl Azərbaycan musiqisi, mədəniyyəti necə olur".
Versus.az xəbər verir ki, bu sözləri açıqlamasında Əməkdar artist Tahir İmanov deyib.
Əməkdar artist özəl televiziya kanallarında hələ də bayağı musiqilərin təbliğ olunmasından şikayətlənib:
"Bu cür bayağı təbliğatla davam etsək, 10-15 ildən sonra Bülbülün, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın repertuarları bizə əcnəbi repertuar kimi gələcək, artıq onları Azərbaycan musiqisi kimi qəbul etməyəcəyik". /Musavat.com/
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"