Növbəti iclas Dağıstanda keçirilib

22:32 13-12-2018 | icon 527 | İqtisadiyyat
Növbəti iclas Dağıstanda keçirilib

 

“Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan Sazişə əsasən yaradılan “Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti XV iclası keçirilib. İclas Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində olub.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən birgə görüşdə Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

 

İclasda Sazişin icra olunması, Samurçay baş hidroqovşağının istismarı, sudan istifadə məlumatlarının qarşılıqlı mübadiləsi, hidroqovşaqdan ekoloji su buraxmalarına riayət edilməsi və su bölgüsü ilə bağlı digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

 

Qeyd edək ki, sazişə əsasən komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol