Xalq artistindən Hacıbala Abutalıbovla bağlı İTTİHAM

17:09 07-01-2022 | icon 686 | Mədəniyyət
Xalq artistindən Hacıbala Abutalıbovla bağlı İTTİHAM

Şeyx Əbdül: "O, yüzlərlə insanı, o cümlədən məni zəlil edib...”

 

"Bu gün Bakının bu vəziyyətdə olmasının, yəni onun simasının, obrazının pozulmasının günahkarı Hacıbala Abutalıbovdur”.

 

Versus.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış kinorejissor-aktyor Əbdül Mahmudbəyov “Yeni Müsavat”a danışarkən deyib.

 

Xalq artisti Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olaraq, hazırda damda yaşadığını bildirib: 

 

“Bildiyiniz kimi, mənim Nəsimi rayon Mirzağa Əliyev küçəsində yerləşən, həyəti parka açılan çox gözəl evim var idi. Mən orada böyüyüb-başa çatmışam. O məhəllədə köhnə bakılılar yaşayırdı. Bir sözlə, həmin məhəllə mənim üçün çox əziz və doğmadır. Lakin illər öncə həmin ərazidə ”Qış parkı" salınarkən Abutalıbov milyonlar qazanmaq üçün ətrafdakı evləri sökdürməyə başladı...

 

İndi onun yerinə  başqa bir oğlanı həbsə salıblar. Axı qurunun da oduna yaşı yandırmaq olmaz. Əlimdə 3  məhkəmə qətnaməsi, sənədlər olan mən, ancaq məhkəmə məni dəvət etmədi. "FF-2011" MTK-nın təsisçisi Tamella İbrahimova əlində Quranla məhkəməyə gəldi və dedi ki, yerə görə mən Hacıbala Abutalıbova 5 milyon manat pul sayıb vermişəm. Bəs bu nə hoqqadır?! Halbuki evi başına uçub-töküldüyü üçün aksiya etməyə hazırlaşan yüzə yaxın insanı sakitləşdirmişəm, ayda 500 manat pul vermişəm ki, səs-küy salmasınlar. Demişəm hər şey düzələcək, bəs niyə mənim başıma bu oyun açılır?!

 

Mən də, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Şeyx Əbdül Mahmudbəyov bu gün Karlson kimi damda yaşayıram, Hacıbala Abutalıbovun günahı üzündən. Üç ailə birlikdə yaşayırıq.

Bəli, mənə dövlət tərəfindən ev verilib. Amma ev çox pis vəziyyətdədir, onun təmiri üçün mənə böyük məbləğdə pul lazımdır. Evin şəraitsiz olması nəticəsində bir müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirəm. 11 ildir insana zülm vermək olar?!"

 

Şeyx iddia edib ki, Abutalıbov Leyla Bədirbəylinin yaşadığı binanı uçurdub:

 

"Həmin bina çox gözəl arxitekturaya malik idi. Hətta o zamanlar istəyirdik ki, həmin binanın önünə Leyla xanımın büstünü vuraq və yazaq ki, bir zamanlar o, bu binada yaşayıb.

Abutalıbov həmçinin Abbas Mirzə Şərifzadənin misli olmayan, özünə məxsus dəsti-xətti olan evini, Cabbar Qaryağdıoğlunun Şərq üslubunda tikilən mülkünü və digər bu kimi ev və binaları uçurdub. Bütün bunlara baxmayaraq yalnız bir daxma uçurdan oğlanı tutublar, amma möhtəşəm binaları sökən Abutalıbov məsuliyyətdən kənarda qalıb.

Evimlə bağlı Abutalıbovun yanına şikayətə gedirdim, çıxanda arxamca deyirdi ki, Bakı mənimdir, mən Bakının “xozeyniyəm”. O, yüzlərlə insanı, o cümlədən məni zəlil edib...”

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...