“Kremlin Qazaxıstanda çoxdan gözü var”

19:02 06-01-2022 | icon 465 | Geopolitika
“Kremlin Qazaxıstanda çoxdan gözü var”

Elxan Şahinoğlu: “Moskva və Pekin Qazaxıstandakı olaylarla əlaqəli olmasalar da...”

 

Qazaxıstanda siyasilər, ekspertlər məlum prosesdə kimin üstün gələcəyinə cavab verməkdə çətinlik çəkir.

 

Versus.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu şərhində bildirib ki, Qazaxıstanda yanacaq qiymətlərinin qaldırılmasıyla spontan başlayan etirazlar sistemli şəkil almağa başlayıb. Etirazçıların ilk sosial tələbləri yerinə yetirilsə də, tələblər artıb və siyasiləşib. Belə olan halda vəziyyət daha da gərginləşəcək.

 

Politoloq hesab edir ki, Prezident Tokayevin iki çıxış yolu var:

 

“Birinci yol etirazçılarla dialoqu davam etdirməkdir. Ancaq bu halda etirazçıların evlərinə dönəcəkləri barədə təminatı yoxdur. Əksinə etirazçılar hakimiyyətin onlarla hesablaşdığını görüb tələblərinin sayını artıracaqlar. Bu sırada prezidentin istefası, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi tələbləri dayanacaq. İkinci yol etirazı ordu və polisin gücü hesabına yatırtmaqdır. Ancaq bu yol tələfata və növbəti gərginliyə qədər avtoritarizmin gücləndirilməsinə aparacaq ki, Qazaxıstan üçün bu halda nəticənin necə olacağını söyləmək çətindir”.

 

E.Şahinoğlu hazırki hadisələrin arxasında xarici qüvvələrin dayanması ilə bağlı suallara aydınlıq gətirərkən, bildirib ki, bu prosesdə Rusiyanın adını hallandırmağa başlayıblar:

 

“Əlbəttə, Kremlin Qazaxıstanda çoxdan gözü var. Təsadüfi deyil ki, başda Kreml sahibi Vladimir Putin olmaqla rusiyalı siyasətçilərin bir qismi Qazaxıstan addında dövlətin Rusiya torpaqları üzərində qurulduğunu iddia edirlər. Ancaq Qazaxıstanı qarışdırmaq Kremlə nə verəcək? Qazaxıstanın hazırki hakimiyyəti Rusiya ilə birgə bütün ittifaqlarda yer alıb, Kremlin ideyaları əleyhinə getmir. Kreml Nazarbayev-Tokayev cütlüyünü niyə devirsin ki?

Qərb dövlətlərinə gəldikdə, Vaşinqtonun və Brüsselin Qazaxıstanı qarışdırmaq üçün əllərində kifayət qədər alət yoxdur. Digər tərəfdən, ABŞ və Avropa İttifaqının Qazaxıstanda xaos yaratmaqda marağı yoxdur. Çinə gəldikdə, Pekinin son zamanlar Astana ilə münasibətlərində gərginlik var idi. Çin sentyabr ayı ərzində Qazaxıstanla sərhəddə idxal-ixrac əməliyyatlarında süni gərginlik yaratmışdı. Pekin Qazaxıstanın uyğurlara isti münasibətdən narazıydı. Pekin türkdilli Qazaxıstanın türkdilli uyğulara işkəncə verməsinimi gözləyirdi?

Moskva və Pekin Qazaxıstandakı olaylarla əlaqəli olmasalar da, Qazaxıstanın asılı dövlət kimi idarə olunmasında maraqlıdırlar. Qazaxıstanda sabitlik pozularsa və xaos artarsa, Rusiya və Çinin bu ölkəyə müdaxilə etməsi ehtimalı artacaq. Türkiyə də hadisələri kənardan izləyir. Ancaq son hadisələr Qazaxıstanı zəiflətmək, ən pis halda isə parçalamaq həddinə gətirərsə, Ankara seyrçi qala bilməyəcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”