Quldurlar 200-dən çox insanı öldürüblər
Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində son 7 gündə ən azı 200 nəfər həlak olub.
Bu barədə Nigeriyanın humanitar işlər, fəlakətlərin qarşısının alınması və sosial inkişaf naziri Sadia Umar Faruk bildirib.
“Yanvarın 9-da 200-dən çox insan torpağa tapşırıldı, onlar quldurların əli ilə ölüblər. Hökumət həmçinin insanların zorakılıq səbəbindən evlərini tərk edib qaçqın vəziyyətinə düşməsindən narahatdır”, deyə o, məlumat verib.
Qeyd edək ki, Nigeriyada son illərdə mülki şəxslərə qarşı mütəşəkkil hücumların sayı əhəmiyyətli dərəcədə artıb. Cinayətkarlar insanları öldürür, fidyə üçün girov götürür, mal-qaranı oğurlayır, sakinləri qorxudur, müxtəlif rüsumlar alır. Quldurlar sakinləri hakimiyyətlə əməkdaşlıq edən kənd və qəsəbələrə də hücum edirlər. Hökumət tüğyan edən cinayətin öhdəsindən gəlmək üçün xüsusi polis və ordu birləşmələrindən istifadə etməyə məcburdur. Yerli özünümüdafiə bölmələri də yaradılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"