Türkiyədə möcüzə
Səkkizinci mərtəbədən yıxılan qadın sağ qaldı
Bursada binanın 8-ci mərtəbəsindəki eyvandan yıxılan qadın yerə 10 metr qalmış başqa bir eyvanın damına düşərək sağ qalıb.
3-cü mərtəbədəki eyvanın damına düşən xanım dərhal xəstəxanaya çatdırılıb.
Hadisə zamanı evdə olan qadının həyat yoldaşı ifadə vermək üçün polis bölməsinə aparılıb.
Qonşular qadının sağ qalmasını möcüzə kimi qiymətləndiriblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"