"ABŞ-ın hadisələrə “soyuq” bəyanatı onu göstərdi ki..."

09:15 10-01-2022 | icon 544 | Geopolitika
"ABŞ-ın hadisələrə “soyuq” bəyanatı onu göstərdi ki..."

Nizami Verdiyev: "Qazaxıstandakı hadisələr klanlararası toqquşmanın nəticəsidir"

 

Siyasətçilər və ekspertlər Qazaxıstanda baş verən olaylarla bağlı bir neçə suala cavab axtarırlar. Sosial tələblərlə başlanan etiraz aksiyalar sonradan iğtişaşlara çevrildi. Bunun arxasında ABŞ, Rusiya və yaxud başqa bir ölkə dayanıb?


Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev açıqlamasında bildirib ki, Qazaxstana xarici müdaxilə ilə bağlı hər hansı bir məlumat yox idi, proses daxildən başlandı.

 

Partiya yetkilisi vurğulayıb ki, Qazaxıstanda insanlar qazın qiymətinin qalxması ilə bağlı etiraz aksiyalarına çıxdılar:

 

"Dərhal hökumətin istefası şübhəli görünsə də, bu, etirazçıları sakitləşdirmədi. Niyə şübhəli? Çünki heç bir ölkədə etiraz aksiyaları başlayan kimi, hökumət bütün tərkibdə istefaya getmir. Fikrimcə, bu diqqətçəkən məqamdır. Daha sonra qazın qiymətinə yenidən baxılmasına razılıq verildiyinə baxmayaraq, aksiyalar nəyinki dayanmadı, əksinə, daha da radikal formaya keçdi”.


Nizami Verdiyev qeyd edib ki, Qazaxıstandakı hadisələr klanlararası toqquşmanın nəticəsindən baş verib:

 

“Nazarbayev prezident kürsüsündən getməsinə baxmayaraq, bütün hakimiyyət strukturlarına nəzarət edirdi. Bu da artıq güclənən prezident Tokayevin xoşuna gəlmirdi. Tokayev öz adamlarını əsas vəzifələrə gətirə bilmirdi. Artıq maraqlar toqquşurdu”.

 

ALDP rəsmisinin sözlərinə görə, Tokayev, qazın qiymətinin qalxmasına etiraz edənlərin küçələrə çıxmasından öz şəxsi maraqlarına uyğun istifadə etmək istəyib. Nazarbayev təcrübəli siyasətçi olduğundan, bunu görərək Qazaxıstan lideri postundan istefa verir. Hökumətin bütün tərkibdə istefayə getməsi, Tokayevi artıq idarə olunmayan kütlə ilə üz-üzə qoyur:

 

“Artıq polis və digər hüquq-muhafizə organların əməkdaşlarının etirazçıların tərəfinə keçməsi, Tokayevi öz hakimiyyətini qorumaq üçün, KTMT-yə müraciət etməsinə məcbur etdi”.

 

N.Verdiyevin sözlərinə görə, ABŞ-ın hadisələrə “soyuq” bəyanat verməsi onu göstərdi ki, Qazaxstanda baş verənlər onlar üçün gözlənilməz idi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”