Beyləqanda QƏZA
Beyləqan rayonunda avtomobil qadını vuraraq öldürüb.
Versus.Az xəbər verir ki, hadisə yanvarın 8-i saat 21 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Şərq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Elşən Hüseynov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1972-ci il təvəllüdlü Yeganə Hacıyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlər səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"