Soyuqdəymədən qoruyan məhsullar

09:44 11-01-2022 | icon 477 | Sağlamlıq
Soyuqdəymədən qoruyan məhsullar

Bəzi balıq növləri, eləcə də süd məhsulları və duza qoyulmuş kələm qışda soyuqdəymə riskini azaldır.

 

Bu barədə rusiyalı terapevt Fallahi Nurcahan məlumat verib.

 

Onun sözlərinə görə, qışda orqanizmin xüsusilə müxtəlif və sağlam qidalanmaya ehtiyacı var, buna görə də rasionda “D” vitamini ilə zəngin olan balıqlar - qızılbalıq, tunes, sardina və sair olmalıdır.

 

 

“Bundan başqa süd məhsulları probiotiklər və laktobakteriyalarla zəngindir. Həmçinin qış menyusunda duza qoyulmuş kələm də olmalıdır, çünki təbii fermentasiya ilə tərkibində çoxlu miqdarda vitaminlər, xüsusən də askorbin turşusu və probiyotiklər əmələ gəlir. Proteinli qidalara, o cümlədən heyvani zülallara daha çox diqqət yetirin. O, bizi immunitet üçün vacib olan bir çox amin turşusu ilə təmin edir”, - deyə Nurcahan məsləhət görür.

 

 

Həkim təzə tərəvəz və meyvələrin istehlakını azaltmamağın vacib olduğunu vurğulayıb.

 

“Rasionunuzu nə qədər zənginləşdirsəniz və müxtəliflik olsa, soyuq mövsümdə soyuqdəymə ehtimalınız bir o qədər az olar”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı