Porsuq qədim Roma sikkələrinin xəzinəsini tapdı
İspaniyanın Asturiya bölgəsindəki mağarada yemək axtarmaq üçün torpağı qazan porsuq tərəfindən qədim Roma sikkələri olan dəfinə aşkar edilib.
Nəşr bildirir ki, qarın yağması porsuğu qurd və kök axtarmaq üçün torpağı qazmağa başlamağa məcbur edib. Onun axtarışının nə qədər uğurlu olduğu bilinmir, ancaq onun III-V əsrlərə aid Roma sikkələri xəzinəsini qazıb çıxardığı məlumdur.
Sikkələrin əksəriyyəti mis və tuncdan olub, aralarında gümüşə də rast gəlinib.
“İspaniyanın şimalında mağarada tapılan bu xəzinə ən böyük Roma sikkələri dəfinəsidir”, - deyə tədqiqatçılar bildiriblər.
Alimlər bu pulların Böyük Miqrasiya Dövründə siyasi və sosial qeyri-sabitliyin pik nöqtəsində tələm-tələsik basdırıldığını düşünürlər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"