Fransada oynayan millimizin üzvündən PROQNOZ

11:05 11-01-2022 | icon 511 | İdman
Fransada oynayan millimizin üzvündən PROQNOZ

“2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq”

 

Bakıda təlim-məşq toplanışına start verən və Niderlandda keçiriləcək Avropa çempionatına hazırlaşan futzal üzrə Azərbaycan millisinin üzvü Vasoura azfutzal.az-a müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir:

 

– Bir neçə gün əvvəl “Sportinq Paris” klubu ilə müqavilə imzaladın. Buna qədər hansı komandada çıxış edirdin?

 

– Ötən ilin martında millinin seçmə mərhələsinin oyunlarından sonra Braziliyaya döndüm. Orada bir klubla anlaşdım, amma bu qısamüddətli oldu. Daha sonra “futbol 7x7” turnirinə qatıldım. Braziliya millisinin heyətində dünya çempionu olduq. Ötən həftə isə “Sportinq Paris” klubu ilə müqavilə imzaladım. Bilirsiniz ki, millinin digər üzvü Fineo De Araujo da həmin klubda çıxış edir. Onu da deyim ki, adaptasiya üçün mənə əlavə vaxt lazım deyil. Çünki təcrübəm bunun öhdəsindən asanlıqla gələcəyimə təminat verir. Vasoura meydandadırsa, işinin öhdəsindən gələcək.

 

– Komandanın məqsədi nədir?

 

– Bu klub hazırda Fransa çempionatının I liqasında iştirak edir və liderdir. Məqsədləri üst liqaya vəsiqə qazanmaqdır. Onu da deyim ki, rəqabət böyükdür. Hətta məşhur portuqaliyalı futzalçı Rikardinyo da bu liqada iştirak edir. Mövsümün sonunda çempionluq kubokunu başımız üzərinə qaldırmaq istəyirik. Yaxşı baş məşqçimiz, infrastrukturumuz var.

 

– Debüt etmək imkanın oldu?

 

– Yox, oyuna çıxmadım. Amma 3-4 məşqdə iştirak etdim. Cəmi 1 həftə əvvəl komandaya qoşulmuşam. Millinin oyunlarından sonra debüt edəcəyəm.

 

– Gələk milli komandaya. Bu gün ilk məşqini keçirdin komanda ilə birgə. Milli final mərhələsinə nə dərəcədə hazırdır?

 

– Toplanış bu gün başladı. Səhərə yaxın Bakıya çatmışam. Əlbəttə, ilk məşq hər zaman çətin olur. Çalışırıq ki, hər məşqdən maksimum faydalanaq. Vaxtımız çox azdır. Bir həftəyə yaxın Bakıda hazırlıq keçəcəyik. Daha sonra Belçikaya gedəcəyik və orada bir yoldaşlıq matçında gücümüzü sınayacağıq. Həmin görüş rəsmi oyunlara nə dərəcədə hazır olduğumuzu göstərəcək. Yenə deyirəm, qalan vaxt çox azdır. Alesionun istəyini yerinə yetirmək üçün 2-3 həftə məşq etmək lazımdır. İndi bizim buna imkanımız yoxdur.

 

– Final mərhələsindəki rəqiblərimiz haqda nə düşünürsən?

 

– Çox çətin qrupda yer almışıq. İspaniya haqda danışmaq artıqdır. Ancaq onlara qarşı da mübarizəmizi aparacağıq. İspanlar futzalda hegemon olsalar da, biz heç bir rəqibdən çəkinmirik. Gürcüstan indi-indi bu cür turnirə qatılır.

 

– Qrupda “kilid oyun” hansını hesab edirsən?

 

– İlk oyun çox vacibdir. Gürcüstanla matçda mütləq qələbə qazanmalıyıq. Onların heyətində də yeni futzalçılar var.

 

– Rəqiblərimizdən Gürcüstan və Bosniya və Herseqovina final mərhələsinin debütantlarındandır…

 

– Bu cür yarışlarda bizim təcrübəmiz daha çoxdur. Artıq 6-cı dəfə final mərhələsində iştirak edəcəyik. Onlar isə ilk dəfə belə yarışa çıxacaq. Təcrübəmiz çox olsa da, bu hər şey demək deyil. Yadınıza gəlirsə, millimiz ən yaxşı nəticəsini məhz debüt ilində qazanmışdı. İnanıram ki, 2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq. Nəticəmizi yaxşılaşdıracağıq. Məqsədimiz yarışın son gününə qədər orada qalmaqdır. Özümü buna hazır sayıram.

 

– Ukrayna ilə oyunları necə, izləmisən?

 

– Ukrayna Avropanın yaxşı komandalarından biridir. İllərdir bir kollektivdə çıxış edirlər. Bizim isə hazırlaşmaq üçün vaxtımız az oldu. Ölkə xaricində çıxış edən legionerlər cəmi 2 gün əvvəl Bakıya gələ bildilər. Bu cür məqamlar həlledici olur. Allahın köməkliyi ilə Niderlanda fiziki, taktiki və texniki baxımdan hazır yollanacağıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin