Gəncədə avtomobil QƏZASI
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Versus.Az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca, daha sonra işıq dirəyinə çırpılıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Xəbər lenti
Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?
""Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında de-yure mövcud olmuş..."