Yaşlanmanı gecikdirən ərzaqlar

09:44 12-01-2022 | icon 342 | Sağlamlıq
Yaşlanmanı gecikdirən ərzaqlar

Amerikalı diyetoloqlar düzgün qidalanma ilə qocalmanı necə yavaşlatmağın yolunu izah ediblər.

 

Bu barədə “Eat This, Not That!” nəşri yazıb.

 

Dietoloq Ronald Smitin fikrincə, artıq şəkər sağlamlığa zərərlidir.

 

“Ömrünüzün uzun və sağlam olmasını istəyirsinizsə, mümkün olduqca peçenye və ya tort kimi zərərli qidalardan uzaq durmağa çalışın”, - deyə o, məsləhət görür.

 

Balıq isə əksinə, xüsusilə yaşlı insanlar üçün faydalıdır.

“Balıq orqanizmi xəstəliklərdən qoruyan Omeqa-3 doymamış yağ turşuları ilə zəngindir”, - deyə Smit vurğulayıb.

 

Diyetoloq Liza Yanq rasiona daha çox qocalma əleyhinə qidalar daxil etməyi tövsiyə edir.

 

“Faydalı tərəvəz və meyvələrə misal olaraq giləmeyvə, sitrus meyvələri, göyərti, yerkökü və bolqar bibərini göstərmək olar. Onlar yaşlanmanın mənfi təsirlərinin qarşısını alan antioksidanlar və liflə zəngindir”, - deyə o, izah edib.

 

Yanq həmçinin ətin bitki mənşəli protein mənbələri ilə əvəz edilməsinin bədən üçün faydalı olacağına inanır.

 

Diyetoloq Trista Best kifayət qədər su və ya onunla zəngin olan meyvə və tərəvəzlərdən, məsələn xiyar, balqabaq, pomidor, çiyələk, qarpız və sair istifadə etməyin vacibliyini xatırladır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol