Çoxdan gözlənilən funksiya əlavə edildi


“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edilib.
Bu barədə tərtibatçı Alessandro Paluzzi “Twitter”də məlumat verib.
Məlumata görə, bundan sonra profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq.
Onun sözlərinə görə, hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək.
İstifadəçilər paylaşıların yerini dəyişdirə, bəzilərini isə “Twitter” profillərində və “Telegram” kanallarında olduğu kimi yuxarıya “bərkidə” biləcəklər.
Xəbər lenti

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA
Konkret fərdi müraciətlərə baxılması qaydası üzrə hazırlanmış qeydiyyat forması...