Əməliyyatdan sonra simpsonlara bənzəyib
“Rubyyfrais” nik adlı “TikTok” istifadəçisi dodaq dolğusunun çıxarılması prosedurundan sonra eybəcərləşmiş üzünün videosunu yayımlayıb və digər istifadəçilər tərəfindən Homer Simpsona bənzədilib.
22 yaşlı xanımın üzü və üst dodağı şişib. Onun sözlərinə görə, buna prosedurdan sonrakı allergiya səbəb olub.
Rubinin videosu “TikTok”-da 700.000-dən çox baxış toplayıb.
Bəzi şərhçilər onu səhlənkarlığa görə qınayıb və istənilən dərmanın allergik reaksiyaya səbəb ola biləcəyini xatırladıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"