Kainatın necə yarandığını izah edəcək “qara dəlik”
NASA-nın “Çandra” Rentgen Rəsədxanasının köməyi ilə “Mrk 462” qalaktikasında “qara dəlik” aşkar edilib. “Qara dəliy”in kütləsi Günəşin kütləsindən təxminən 200.000 dəfə böyükdür. Kiçik qalaktikadakı bu superkütləvi “qara dəlik” astronomlara “qara dəlik”lərin necə böyüdüyünü anlamağa kömək edəcək.
“Mrk 462” müasir standartlara görə cırtdan hesab olunur; qalaktikasında cəmi bir neçə yüz milyon ulduz var. Müqayisə üçün qeyd edək ki, bizim “Süd Yolu” bir neçə yüz milyard ulduza ev sahibliyi edir.
Bununla belə, “Mrk 462” qeyri-adi qalaktikadır. Çünki içərisində superkütləli “qara dəliyi” olan cırtdan qalaktikalar yoxdur (ya da onlar gizlidir).
Böyük qalaktikalarda astronomlar mərkəzdəki ulduzların sürətli hərəkətlərini müşahidə edərək “qara dəlik”ləri tapırlar. Cırtdan qalaktikalar isə çox kiçik və tutqun olduğu üçün, əksər müasir alətlər onları aşkar edə bilmir.
Bunun üçün alternativ yol böyüyən qara dəliklərin əlamətlərini axtarmaqdır. Bu əlamətlərdən biri, məsələn, milyonlarla dərəcəyə qədər qızan və rentgen diapazonunda yayılan qazdır.
Alimlər səkkiz cırtdan qalaktikanı tədqiq ediblər. Onlardan yalnız Mrk 462 öz statusunu təsdiqləyib – məlumatlar onun qazla əhatə olunduğunu göstərib, qazın emissiya spektri isə “qara dəliy”in olması ilə bağlı fərziyyəni təsdiqləyib.
Qazla “kölgələnmiş” “qara dəlikləri” aşkar etmək asan deyil. Bu o deməkdir ki, oxşar “qara dəlik”lərə malik daha çox cırtdan qalaktikalar ola bilər - sadəcə alimlər onları hələ tapmayıb. Bu vacibdir, çünki astrofizikada əsas sualı – “qara dəlik”lərin qısa müddətdə necə bu qədər böyüdüyünü öyrənməyə kömək edə bilər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"