"Yenilənmiş Şuşa, Ağdam, Füzuli və digər ərazilərimiz göz oxşayacaq" - MÜSAHİBƏ

14:46 13-01-2022 | icon 609 | Mədəniyyət
"Yenilənmiş Şuşa, Ağdam, Füzuli və digər ərazilərimiz göz oxşayacaq" - MÜSAHİBƏ

Elçin Əliyev: “Gənc memarlar Qarabağımızın bərpası ilə bağlı layihələrə cəlb ediləcək”

 

Heç şübhəsiz ki, hər bir kənd, hər bir şəhər ona xarakterik olan tarixi-memarlıq nümunələri ilə dövrünün müasiridir. Zamanla nə qədər müasir standartlı binalar, abidələr inşa edilsə də mütləq O, yerləşdiyi məkanın-dövlətin milli-mənəvi ideyasını, xarakterini, əzəmətini yaddaşlara həkk etdirən “Milli-mədəni memarlıq möhürü” ilə əxz olunur, tanınır. Hər bir memarlıq abidəsi aid olduğu dövlətin, xalqın, millətin varlığı və dünya mədəniyyəti sisteminin inkişafında öz rolunu isbat edən faktordur. Təbii ki, ölkəmizdə çox sayda tarixi – maddi memarlıq nümunələrimiz ümumdünya mədəni irs siyahısına daxil edilib, qorunur. Bu abidələr tariximizin pasportudur. Lakin bütün mərhələlərdə “özünün tarixi kökünə bağlı, dövlətin, millətin varlığını, yaşamını, mədəniyyətini, svilizasiyasını özündə ifadə edən Azərbaycan memarlığının qlobal dünyanın ziqzaqlarında nə dərəcədə özünün əsas ideyasını qoruya bilir, inkişaf edir”-sualı hər zaman aktualdır və açıq qalan suallar mövcuddur.

 

 

Versus.az xəbər verir ki, tanınmış memar, memarlıq üzrə fəlsəfə doktoru, professor Elçin Əliyev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Elçin müəllim, memarlıq abidələrinin ruhunu, mədəniyyətini özündə yaşatmaqla özünün, nəslinin, dövrünün həyatını tarixi kökünə bağlayan müasirləri olan abidələri necə qoruya bilirik? Bu gün hansı yeni əsərlər, memarlıq layihələri yaranır?

 

- Əvvəla onu qeyd edim ki, bəli tarixi memarlıq abidələrimiz dünyada özünün möhürü ilə tanınır. Bu, Azərbaycan memarlığının ümumdünya mədəni irs siyahısına  daxil edilmiş İçəri Şəhər qoruğu və onun ərazisində yerləşən  Şirvanşahlar sarayi və Bakının simvolu olan  Qız Qalasıdır. Şəhər içərisində şəhər adlandırılan İçəri Şəhər unikal quruluşa malikdir. Baxmayaraq ki, şəhərin inkişafı 12 -ci əsrə aiddir, bu ərazilərdə aparılan qazıntılar zamanı  sübüt edilib ki, İçərişəhərin tariхi daha qədimlərə, hətta eramızdan əvvələ gedib çıхır.

Müasir dövrdən danişsaq təbii ki, Heydər Əliyev Mərkəzini misal gətirmək lazımdır. Ulu öndərin adını daşıyan bu  Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid  tərəfindən işlənmişdir. Bu bina dünyada ən mürəkkəb və maraqlı memarlıq nümunələri sırasına daxil edilib, postmodernist  memarlıq quruluşuna aid edilən bina  özündə sonsuzluq effektini təcəssüm etdirir.

 

- Zamanla yenilənən Azərbaycan məmarlığı günün nəbzini tuta bilirmi və yaxud, işğaldan sonra özünün yeni mərhələsini yaşayan Azərbaycan memarlığı hansı addımlarını ata bilir?

 

- Azərbaycan memarlığının  qorunması ilə bağlı layihələr milli-memarlıq ənənələri və normativ tələblərə əsasən aparılmalıdır, təəssüf ki, bəzən bu tələblərin pozulduğunun şahidi oluruq. Tarixi abidələri qorumaq şəhərin yaddaşını qorumaq deməkdir biz bunları yenidən inşa edə bilmərik, məhz bu səbəbdən aidiyyatı qurumlardan bu məsələrin həllinə xüsusi diqqətlə yanaşmağı tövsiyyə edərdim.

Bildiyiniz kimi bu gün Azərbaycan memarlığının inkişafı əsasən azad edilmiş torpaqlarda dağıdılmış ərazilərin yenidən qurulmasına yönəlib. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi müəyyən edib və yaxın zamanlarda tarixi simasını qoruyub saxlayan yenilənmiş Şuşa, Ağdam, Füzuli və bir çox digər şəhərlər göz oxşayacaqlar.

 

- Bakı kəndlərinin yenidən bərpası, restovrasiyası işi necə gedir? Hazırda hansı layihələr üzərində işləyirsiz?

 

- Bakı kəndlərinin yenidən bərpası ilə bağlı işlər sürətlə gedir. Hal-hazırda  Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə başlanılıb və yaxın zamanlarda Bakıətrafı qəsəbələr yeni görkəm alaraq həm əhali üşün rahat ,həm də qonaqlar üçün   maraqlı turizm məkanlarına çevriləcəkdir.

 

- Azərbaycan memarları öz layihələri ilə işğaldan azad olunan ərazilərdə bərpa edilən abidələrin tikilməsi, yenidən qurulması işində necə iştirak edə bilir. Gənc memarlarımız, hansı layihələr cəlb olunur?

 

- Azərbaycan memarları azad edilən ərazilərdə tətbiq ediləcək layihələrdə aktiv iştirak edirlər. Azərbaycan Respublikasının Dövlət  Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Abadlıq Mərkəzinin birgə təşkilatçılığı ilə  layihə müsabiqəsi keçiriilmiş və uğurlu layihələrin müəllifləri olan gənc memarlar Qarabağıımızın bərpası ilə bağlı layihələrə cəlb ediləcəklər. /həftə.içi/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür