Təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə

17:36 14-12-2018 | icon 597 | İqtisadiyyat
Təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə

 

"Azərbaycan Hava Yolları" (AZAL) xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.

 

AZAL-ın mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, sənəd qəbulu 2018-ci il dekabrın 17-dən 2019-cu il yanvarın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

 

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xoş görünüşlü xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

 

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

 

Bütün sənədlər Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

 

Gülnar İsmayılova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür