OZONOTERAPİYA - göstərişləri və əks göstərişləri

14:04 14-01-2022 | icon 1375 | Sağlamlıq
OZONOTERAPİYA - göstərişləri və əks göstərişləri

Nərminə Abbasova: “Ozonoterapiya bütün yaş kateqoriyalı xəstələr tərəfindən yaxşı qəbul olunur”

 

Sağlıq durumunu daha etibarlı həkimlərə, daha etibarlı müalicəyə etibar etməyə üstünlük verən insanlar var ki, onlar daim bu yöndə axtarışdadılar. Ozonoterapiya diqqətçəkən müalicələrdən olduğu üçün ona maraq artmaqdadır. Ümumiyyətlə, müasir təbabətdə xəstəliklərin müalicəsi və qarşısının alınması, orqanizmin həyat gücünün yüksəldilməsi məqsədi ilə daim effektiv, təhlükəsiz və yeni müalicə metodlarının axtarışları aparılır. Belə proqressiv müalicə metodlarından biri də ozonoterapiyadır.

 

Sual olunur, Ozonoterapiya nədir, necə təsir göstərir, göstərişləri və əks göstərişləri nədir?

 

Ozonoterapiya haqqında Versus.Az-ın oxucularına ətraflı məlumat verən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bildirdi ki, təbii, dərmansız, fizioterapevtik müalicə metodu olaraq ozonoterapiya nəinki xəstəliklərin müalicəsinə şərait yaradır, eləcə də orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.

 

Nərminə xanım bildirdi ki, ozonoterapiyada tibbi ozondan istifadə olunur. Onun sözlərinə görə, ozon güclü müalicəvi və profilaktiki təsirə malikdir:

 

“Ozon Yerdə həyatı ultrabənövşəyi şüalardan qoruyan təbii faktordur. Ozon oksidləşdirici xüsusiyyətinə görə oksigendən 16.5 dəfə aktivdir, buna görə də orqanizmi oksigenlə daha yaxşı zənginləşdirir. Klinik praktikada ozonun kiçik konsentrasiyalarından istifadə olunur, bu diapazonda ozon terapevtik maddə kimi təsir göstərir.

Ozon oksigen qarışığını qana yeritdikdə orqanizmin bir sıra kaskad biokimyəvi proseslərinin isə salınması və ya aktivləşməsi baş verir. Buna görə də ozon oksigen qarışığını qəbul edən insan güc, enerji gəlişi hiss edir, yorğunluq gümrahlıq hissi ilə əvəz olunur. Bu hal ildırımlı, yağışlı havadan sonra meşədə gəzən hər kəsə məlumdur. Təmizlik, yüngüllük, təravətlilik hissini havada olan ozon molekulları yaradır”.

 

Bəs ozon nece təsir göstərir? Həkim terapevt deyir ki, ozon molekulları hüceyrə və toxumalara seçici təsir göstərir, orqanizmin orqan və toxumalarını zədələmir, əksinə olraq onları enerji ilə təmin edir. Orqanizmdə normada həll olunmuş ozon var, buna görə də onun terapevtik dozalarda istifadəsi tam təhlükəsizdir:

 

“Ozonun terapevtik dozaları insan orqanizminə geniş diapozonlu müalicəvi təsir göstərir. Belə ki, mərkəzi və periferik qan dövranı, mikrosirkulyasiya yaxşılaşır; damar divarlarının elastikliyi bərpa olur; eritrositlərin deformasiya qabiliyyəti artır, adqeziv (yapışma) xüsusiyyəti zəifləyir və onların kapilyarlara keçməsi yaxşılaşır; qanın oksigen daşıma xüsusiyyəti yaxşılaşır; qanın qatılığı azalır; qan yaranma stimullaşır. Eyni zamanda, orqan və toxumalara antihipoksik təsir göstərir (oksigenin hüceyrələrə çatdırılması və onun utilizasiya prosesləri yaxşılaşır). Ozonun iştirakı ilə eritrositlər oksigeni 10 dəfə çox özünə birləşdirə və daşıya bilir, buna görə də ozonoterapiyadan sonra qanın rəngi al-qırmızıya doğru dəyişir, qanın detoksikasion (zərərli birləşmələrdən təmizlənmə) potensialı qalxır, iltihab əleyhinə təsir göstərir; ümumi və yerli müdafiə sistemlərini (immuniteti) stimullaşdırır, orqanizmin şiş əleyhinə rezistentliyini artırır, bütün növ bakteriyalara, viruslara, göbələklərə və ibtidailərə məhvedici təsir göstərir, sərbəst radikalları neytrallaşdıraraq orqanizmi onların zədələyici təsirindən qoruyur, toksiki oksidləşmə məhsullarının əmələ gəlməsinin qarşısını alır (antioksidant təsir), toxumaların qidalanmasını, regenerasiyasını yaxşılaşdırır; yaraların epitilizasiya və sağalmasını intensivləşdirir, bioloji substratların (karbohidratlar, zülallar, lipidlər) mübadiləsini gücləndirir; bioloji aktiv maddələrin (aminturşular, vitaminlər və s.) hüceyrələr tərəfindən toplanmasını aktivləşdirir, antiqlikemik effekt - qanda şəkərin səviyyəsini endirir, analgetik (ağrıkəsici) təsir göstərir (xroniki ağrılarla müşayət olunan xəstəliklərdə), qaşınma əleyhinə, yuxugətirici, stres əleyhinə, sedativ (sakitləşdirici) effektləri reallaşdırır, qaraciyər hüceyrələrinin funksional vəziyyətini yaxşılaşdırmaqla qaraciyərin detoksikasion (zərərli birləşmələrdən təmizləmə) funksiyasını artırır; böyrək filtrasiyasını (sidik ayrılmasını) yaxşılaşdırır”.

 

Nərminə xanım bildirdi ki, ozondan müalicə məqsədi ilə istifadə medikamentoz terapiyanın effektliyini artırır, bir sıra hallarda orqanizm üçün zərərli olan kimyəvi preparatlardan imtina etməyə və ya onların istifadəsini xeyli azaltmağa şərait yaradır:

 

 

“Ozon qana yeridildikdə qaraciyər və böyrək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, intoksikasiyanı tez və effektiv şəkildə aradan qaldırır, orqanizmə zərərli təsir göstərən maddələri, sidik cövhərini, xlosterin və şəkərin artığını birləşdirərək xaric edir, kiçik arteriya və kapilyarlarda qan dövranını yaxşılaşdırır, qanı oksigenlə zənginləşdirir, orqanizmdə pozulmuş tarazlığı bərpa edir, orqanların fəaliyyətini yaxşılaşdırır. Nəticədə yorğunluq, apatiya və baş ağrıları keçir, daxili orqanlarda diskomfort hissi itir, yuxu normallaşır, ümumi səhhət, yaddaş və diqqət yaxşılaşır, iş qabiliyyəti artır. Ozonoterapiya ətraf mühitin xoşagəlməz faktorlarına qarşı orqanizmin müqavimətini artırır.

Dərinin tonusda sağlam və cavan qalması, onun immun, baryer, nəmsaxlayıcı, reperativ funksiyalarının bərpası üçün ozonoterapiya unikal vasitədir. Ozonoterapiya dərinin təbii gözəlliyini bərpa edir, mimik qırışları hamarlaşdırır, elastiklik və turqoru yaxşılaşdırır, dəri ağardıcı effekt əldə edir. Bu məqsədlə ozonlaşdırılmış zeytun yağının xaricə istifadəsi daha effektlidir. Ozonlaşdırılmış bitki yağı kosmetoloji, dəri xəstəliklərinin müalicəsi məqsədi ilə xaricə və qastrit, mədə xorasının müalicəsi məqsədi ilə daxilə qəbul üçün xüsusi konsentrasiyalarda hazırlanır”

.

Nərminə xanım qeyd etdi ki, ozonoterapiyanın orqanizmə geniş diapazonlu müsbət təsiri var. Əks göstərişi azdır, əlavə təsiri praktik olaraq yoxdur. Həkimin sözlərinə görə, ozonla müalicə bütün yaş kateqoriyalı xəstələr tərəfindən yaxşı qəbul olunur:

 

 

“Ozonoterapiyadan təbabətin bütün sahələrində bir çox xəstəliklərin və potoloji halların müalicəsində istifadə olunur. Məsələn, allerqiyalar, şəkərli diabet, bronxit və astma, revmatizm, qaraciyər, mədə və bağırsaq xəstəlikləri, ürəyin isemik xəstəliyi, hipertoniya, ateroskleroz, qan dövranı pozğunluğu xəstəlikləri, xroniki yorğunluq, zəifləmiş immunitet, depresiya, yaddaş və diqqət pozğunluğu, osteoxondroz və yırtıqlar, miqren, LOR və göz xəstəlikləri, cərrahi xəstəliklər, travmalar, əməliyyatdan sonrakı reablitasiya, trofıki yaralar, artroz və artritlər, virus infeksiyaları, cinsi sfera xəstəlikləri və sonsuzluq, seksual aktivlik və potensiya pozğunluğu, hamiləlik dövrü, dəri xəstəlikləri, kosmetolagiya və sair. Son vaxtlar böyük şəhərlərdə oksigen çatışmazlığı maştab formalar alır və şəhər sakinləri onun defisitini daha kəskin hiss edirlər. Hipoksiya, oksigen aclığı birinci növbədə həyatı vacib orqanlara - ürəyə, ağciyərə, beyinə, qaraciyərə mənfi təsir göstərir. Hipoksiyanın əsas simptomları zəiflik, tez yorulma, yuxu pozğunluğu, dərinin vəziyyətinin pisləşməsi, yaddaş və diqqətin pisləşməsi, baş ağrıları, depressiv vəziyyət, ürək döyüntülərinin artması, hamilələrdə dölün hərəki aktivliyinin artması, bəzən zəifləməsi hallarıdır. Hipoksiyanin müalicəsinin təbii üsulu orqanizimdə oksigenin miqdarını artırmaqdır. Bunun da öhdəsindən ozonoterapiya cox yaxşı gəlir”.

 

 

Həkim terapevt bildirdi ki, ozonoterapiya hamilələrin əhvalını tez bir zamanda yaxşılaşdırır - iştaha artır, yuxu normallaşır, təngənəfəslik və oyanıqlıq azalır. Onun sözlərinə görə, hamilələrdə anemiyanın, toksikozların, xroniki infeksiyaların, düşük təhlükəsinin, dölün inkişafdan qalmasının klinik gedişinə müsbət təsir göstərir. Yenidoğulmuş uşaqların ətraf mühitə adaptasiyasını yaxşılaşdırır, analarda laktasiyanı artırır:

 

“Xəstəlikdən asılı olaraq ozonoterapiyanın müxtəlif metodlarından istifadə edilir. Əsasən ozonlaşdırılmış fizioloji məhlulun vena daxilinə yeridilməsi metodu geniş istifadə olunur. Müalicə məqsədi ilə sistem təsirə malik böyük və kiçik ozonohemoterapiyadan da istifadə edilir. Bundan əlavə ozon oksigen qarışığını dərialtı, əzələdaxili, rektal, vaginal, oynaq daxili və ətrafı, ozon kameraları şəklində dəriüstü (bağlı mühitdə qazlaşdırma), materialları (distillə edilmiş su, bitki yağı) ozonlaşdırmaqla xaricə və daxilə istifadə etmək olar”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova ozonoterapiya müalicəsi almaq istəyənləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...