“Xalq arasında narazılıq var, amma bu, inqilab havası deyil”

13:55 17-12-2018 | icon 459 | Siyasət
“Xalq arasında narazılıq var, amma bu, inqilab havası deyil”

 

Razi Nurullayev: “Bəzi məmurların və strukturların yarıtmaz fəaliyyəti narazı kəsimə fürsət verir”

 

“Ənənəvi müxalifət yenə inqilab mövzusunu gündəmə gətirib. Artıq özlərinə yaxın onlayn televiziyalarda, sosial şəbəkələrdə hətta inqilab müzakirəsi başladılıb”.

 

Versus.Az-ın məlumatına görə, bu barədə açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Onun sözlərinə görə, görünən odur ki, bu qüvvələr hələ də inqilab illüziyasındadılar. Amma Azərbaycanda hazırda inqilab təzahürləri görünmür:

 

“Belə vəziyyətdə isə inqilab mövzusunu müzakirəyə çıxaranlara təəccüblənməmək olmur. Düzdür, xalq arasında narazılıq var, sosial vəziyyətdən, sosial xidmətlərdən narazılıq mövcuddur. Amma, bu o demək deyil ki, narazılıqlar inqilab havasından xəbər verir”.

 

Partiya sədri qeyd edib ki, cəmiyyətdə narazılığın toplum qüvvəyə çevrilməsi müşahidə edilmir. Sadəcə, xüsusən, xaricdə yaşayanlar arasında yüzlərlə fəal var ki, onlar hər gün çevriliş, inqilab barədə danışır və xalqı buna səsləyirlər:

 

“Bütün bu cür açıq çağırışlara rəğmən, xalq arasında onlara dəstək müşahidə olunmur. Ümumiyyətlə, inqilablar yaxşı hal deyil və xalqlara, dövlətlərə xoşbəxtlik gətirmir. Yaxın Şərqdəki proseslər bunun bariz nümunəsidir. Hətta bəzi ölkələrdə inqilabın önünə keçən qüvvələrin özlərinin da acı taleyi olub. İnqilab illüziyasına düşənlər bilməlidir ki, inqilab Azərbaycanın məhvi deməkdir. İnqilab qisasçılıq zəmnində adamların öldürülməsi, oğurlanması deməkdir”.

 

AXCP sədrinin fikrincə, dəyişiklik olacaqsa, mövcud qanunlar çərçivəsində olmalıdır. Ənənəvi müxalifətin hələ də inqilaba üstünlük vermələrini onların cəmiyyətə təqdim etməyə daha məqbul dəyişiklik proqramlarının olmaması ilə əlaqələndirən Razi Nurullayev bunu son çaba sayır. Partiya sədri bəzi məmurların ənənəvi müxalifətə dəstək kampaniyası kimi vətəndaşların sosial vəziyyətini ağırlaşdırdıqlarını vurğulayıb:

 

“Bir sıra məmurların və strukturların yarıtmaz fəaliyyəti narazı kəsimə əslində fürsət verir. Bu cür ab-havanın yaranmasına ölkədə narazılıq yaradan dövlət qurumları və xidmət sahələri də var. Onlar Azərbaycan xalqını narazı salmaqla məşğuldurlar. Prezident fərman verdi ki, şəhid ailələrinə 11 min manat verilsin. Bu cür müsbət bir işi məmurlar müəyyən sayda şəhid ailələrinin ah-naləsinə çevirdilər”.

 

R.Nurullayev hesab edir ki, kommunal xidmətlərdə də dönüş edilməlidir. “Azəriqaz”-ın öz fəaliyyəti ilə ölkədə ciddi narazılıq yaratdığını deyən partiya sədri əksər ailələrin “Azəriqaz”dan narazı olduğunu vurğulayıb:

 

“Görək bu qurumun başında dayananlar öz evlərində qazın təzyiqinin olmamasından əziyyət çəkirmi. Baş nazirə müraciət etmişəm ki, bu sahədə milyonlarla korrupsiya əməlləri ehtimalı var, mütləq əncam çəkilməlidir”.

 

R.Nurullayev Sığorta şirkətlərinin də vətəndaşları incitdiyini, həyatından bezdirəcək həddə çatdırdığını bildirib:

 

“Hər kəs narazıdır və bu problemlərə görə hökuməti günahlandırır. Heç bir tədbir görülmür”.

 

AXCP sədri vurğulayıb ki, təhlükəli məsələlər bunlardır və bu cür neqativlər inqilab arzulayanlara verilən fürsətdir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF