Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

12:20 17-01-2022 | icon 265 | Gündəm
Qanlı Yanvar hadisələrinin ildönümünə hazırlıq

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

 

Xiyabanda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır.

 

Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. 

 

Versus.Az Oxu.Az-a istinadən bu gün Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq görülən işlərin fotolarını təqdim edir:

 

Qeyd edək ki, Azərbaycan xalqının faciəsi olan 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il ötür. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub.

 

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

 

Allah şəhidlərimizə rəhmət etsin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ağrılar ən çox dizlərdə, bud və çanaqda müşayiət olunur”

"Başqa “yan” hakimiyyətə gələrsə,  vaxt uzanacaq"

Şəhidimizin bu dünyada yarım qalan ARZULARI

II Vətən Müharibəsində əldə olunmuş uğurların təməli və...

“Partiyamız Yeni Azərbaycan Partiyasını əvəzləyəcək”

“Bu proses bütün Qarabağı əhatə edəcək”

İqtidar-müxalifət dialoqu sağlam rəqabətə APARIR

Deputatla icra başçısı arasında ANLAŞILMAZLIQ?

Prezidentin 10 mayda verdiyi MESAJLAR

"Bu insanları işlə təmin etmək üçün iş yerləri olmalıdır" - TƏLƏB

MCP-dən əsgərə kitab bağışlama kampaniyasına START

Tahir Əmiraslanov vəzifəsindən çıxarılmasından DANIŞDI

Diasporalarımızın xaricdə özümüzə qənim kəsilən soydaşlarımıza münasibəti nədir?

 

ƏDV qərarının FAYDALARI

“Şuşa” adından istifadəyə məhdudiyyətlər – DETALLAR