"Əli Əliyev qırmızı cizgini keçdi"

15:48 17-01-2022 | icon 461 | Siyasət
"Əli Əliyev qırmızı cizgini keçdi"

Ağasif Şakiroğlu: "Bəzi həmkarlarım hələ də ictimai-siyasi həyatda tutduqları mövqelərini doğru anlamayıblar"

 

"Şəhidlər millətimizin başının tacıdır. Eyni zamanda silahlı qüvvələrimizdə xidmət aparan hər bir şəxs qürur yerimizdir. Qısası silahlı qüvvələrimiz bir xalq olaraq bizim qırmızı cizgimizdir. Çox təəssüflər ki, həmkarlarımdan VİP sədri Əli Əliyev bu qırmızı cizgini gözləmədən silahlı qüvvələrimizdə xidmət aparan, ölümdən dönmüş zabitlərimizin ünvanına şər-böhtan söyləməkdən çəkinməyib".

 
 
Versus.Az xəbər verir ki, bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin məlum helikopter qəzasında sağ qalmış hərbçilərimizlə bağlı xoşagəlməz fikirlərinə münasibət bildirən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.
 
 
GAP sədri vurğulayıb ki, VİP sədri bir qədər də irəli gedərək möcüzə şəklində həyatda qalmış iki zabitimizi “Siz niyə ölmədiz?” deyə ittiham edirdi:
 
 
"Bütün bunlar olduqca üzücü hallar idi. Çox heyf ki, bəzi həmkarlarım hələ də cəmiyyətdə, ictimai-siyasi həyatda tutduqları mövqelərini doğru anlamayıblar. Və ya anlamaq istəmirlər. Bu səbəbdən də belə hallar ortaya çıxmış olur. Təbii ki, səsləndirdikləri fikirlərin, yazdıqları yazıların siyasi və mənəvi məsuliyyətini dərk etməyən həmkarlarımın olması olduqca utancvericidir… Heç şübhəsiz ki, hüquqi dövlətdə hər kəsin hüquqları bərabərdir".
 
 
A.Şakiroğlu qeyd edib ki, möcüzə formasında həyatda qalmış sərhəd xidmətinin zabitlərinin öz şərəf və ləyaqətlərini məhkəmə vasitəsilə müdafiə etmələri də başadüşüləndir:
 
 
"Unutmaq lazım deyildir ki, cəmiyyətdə tutduğu mövqeydən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir!
Hazırda sosial şəbəkələrdə VİP sədri Əli Əliyevin 5 ay müddətinə həbs edilməsində siyasi məzmun axtaranları da görmək mümkündür. Hətda bəziləri bir qədər də irəli gedərək Əli Əliyevin həbsini iqtidar-müxalifət dialoquna zərbə kimi qiymətləndirir, bəziləri də öz aləmlərində “dərin zəkaları ilə analiz apararaq” Əli Əliyevin həbsini onun dialoq prosesində iştirak etməməsi ilə əsaslandırmağa çalışırlar. Amma təbii ki, bu versiyaların heç biri real məntiqə söykənmir. Bu məntiqlə (əslində məntiqsizliklə) çıxış etsək, o zaman dialoq prosesində ümumiyyətlə iştirak etməmiş AXCP sədri Əli Kərimli çoxdan həbs edilməli idi…"
 
 
Partiya sədri hesab edir ki, Əli Əliyev olayı bir çox partiya sədrinə nümunə olmalı, etdikləri çıxışlarda hüquqa zidd, başqalarının şərəf və ləyaqətini alçaltmaq kimi fikirlərə yol verməkdən çəkindirməlidir:
 
 
"Gərək ki, hər kəs işlətdiyi ifadələrin, səsləndirdikləri fikirlərin hüquqi məsuliyyətini dərk etsin… Sonda Allah qapısını açsın demək qalır bizə…"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin