"Milli düşüncəmizə qarşı hücuma keçənlər..."

14:43 17-12-2018 | icon 418 | Siyasət
"Milli düşüncəmizə qarşı hücuma keçənlər..."

 

"Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı bir azərbaycanlı qızın igid qəhrəmanımız Mübariz İbrahimov haqqında təhqiramiz fikirlərinə rast gəldim. Onun yazısını ürək ağrısı ilə oxudum və bu status ətrafında gedən müzakirələri diqqətlə izləyirəm. Təəssüf ki, Nərmin “nümunəsi” birinci dəfə deyil".

 

Versus.Az xəbər verir ki, bunu özünün "Facebook" səhifəsində millət vəkili Aydın Mirzəzadə son günlər Azərbaycan qəhrəmanı Mübariz İbrahimli barədə xoşa gəlməyən fikirlər söyləyən Nərmin adlı bir nəfərin mövqeyi ilə bağlı bildirib:

 

"Bu yerdə yazıçı Əkrəm Əylislinin xalqımıza ləkə atan kitabını, Avropa ölkələrinə köçmək üçün Ermənistandan siyasi sığınacaq istəyən bir azərbaycanlı ailəsini, bu yaxınlarda məktəbdə uşaqlara erməni rəqsini öyrədən müəllimi yada salaq. Həmin insanlar azdır, barmaqla sayılacaq qədərdir, ancaq onlar var. Sanki onlar bu cəmiyyətdə yaşamırlar, sanki Qarabağ ağrısını hiss etmirlər, torpağı işğal edilən ölkənin vətəndaşları deyillər. Onlar Mübariz İbrahimovun ərazimizi işğal etmiş düşmən əsgərlərini öldürdüyünü başa düşmürlər. Daha doğrusu, şüurlu surətdə başa düşməkdən imtina edirlər. Və fikirlərini əsaslandırmaq üçün söylədikləri də erməni millətçi ideoloqlarının söylədikləri ilə üst-üstə düşür. Sanki “nərminlər” hardasa bu məsələlərlə bağlı bir kurs keçiblər.

Diqqət edirsinizsə, milli düşüncəmizə qarşı hücuma keçənlərin hamısının hardasa bir erməni dostu ortaya çıxır və bildirirlər ki, onlar üçün əsas insanlıqdır”.

 

Deputatın yazdığına görə, Ermənistanda son zamanlar işğal edilmiş torpaqlarımızı geri qaytarmaq səsləri eşidilir:

 

"“Ancaq Nərmindən fərqli olaraq, Ermənistanda hələ heç kəs öz əsgərinə “Azərbaycanlıya güllə atma, onun bacısı, anası var” deyən yoxdur. “Döyüşmə, silahı at və pasifist ol” şüarları da səslənmir.

Ötən il Füzuli rayonunda yaşyarımlıq Zəhra Quliyeva Ermənistan tərəfindən atəşlə öldürüləndə nə Nərmin Şahmarzadənin, nə də onun erməni dostlarının səsi çıxdı. Bu məsələdə diqqətimi çəkən isə Nərminin provokasiyalı və düşmənə dəstək olan çağırışına cəmiyyətin kütləvi və kəskin reaksiyası oldu. Bu, xalqın səsi idi, milli mənliyin müdafiəsinə hər bir kəsin qalxması idi.

Mənliyini və dəyərlərini qoruyan xalq düşmən cəhdlərinə ilk növbədə özü cavab verəcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol