Türkiyənin pop ulduzu Gülşən bəstəkar Ozan Çolakoğludan boşanır.
Bu barədə məşhur stilist Muammer Ketenci “2.sayfa” proqramında bildirib.
Gülşən Çolakoğlu ilə 2016-cı ildə ailə qurub.
Qeyd edək ki, dünən konsert proqramı ilə çıxış edən 45 yaşlı Gülşənin səhnəyə yarı-çılpaq formada, tül geyimdə çıxması xeyli səs-küyə səbəb olub.
Həmkarları Seren Serengil və Ebru Polat da onun geyiminə reaksiya veriblər. Serengil onu “erotik geyim kimi” qiymətləndirib, Polat isə “sənə heç yaraşdırmadım, çox irəli getdin”, - deyə fikir bildirib.