"Ukraynaya hücum Putinə baha başa gələcək”

20:36 17-01-2022 | icon 340 | Dünya
"Ukraynaya hücum Putinə baha başa gələcək”

Başda ABŞ olmaqla Qərb ölkələrinin Rusiyaya qarşı təzyiqləri artıedığı atdıqları addımlardan aydın şəkildə görünməkdədir. Ukrayna məsələsində tərəflərin bir-birinə qarşı sərt mövqedə dayanması müşahidə edilir. Belə bir vaxtda NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen açıqlamasında “Finlandiya və İsveç NATO-ya üzvülüklə bağlı müraciət etdikdən bir gün sonra Alyansa qəbul oluna bilər" deyə bildirib.  Keçmiş baş katib onu da əlavə edib ki, “Finlandiya və İsveç üzvlük üçün müraciət edərsə dərhal üzv ola biləcəklər. Çünki bütün lazımi üzvlük meyarlarına cavab verirsiniz”.O, bu məsələnin Ukraynaya edilən hücumdan sonra müzakirə ediləcəyini mümkün sayıb. Maraqlıdır, Ukraynaya hücumdan sonra nə baş verə bilər? 

 
 
Bu barədə Versus.az-a şərh verən politoloq Samir HÜmbətov bildirib ki, NATO-nun kemiş baş katibinin belə açıqlama verməsi gözlənilməz deyildi. Çünki son zamanlar Avropada, xüsusilə də Skandinaviya ölkələrində Rusiya təhdidi ilə bağlı ciddi narahatlıqlar müşahidə edilməkdədir.
 
 
"Elə yeni ilin ilk günlərindən başlayaraq Finlandiyanın “Yle” telekanalının yaydığı məlumata əsasən Finlandiyanın baş naziri Sanna Marinin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı məsələnin gündəmdə olduğunu bildirməsi təsdüfi deyildi. Bu, proseslərin başlanğıcı kimi də dəyərləndirilə bilər. NATO-nun keçmiş baş katibi Rusiyanın NATO-dan Şərqə genişlənməməklə bağlı zəmanət istəməsinə münasibət bildirərək deyib ki, “NATO-nun qapısı açıq olacaq. Və biz istəmirik ki, Rusiya Prezidenti Vladimir Putin qapıçı olsun. Düşünürəm ki, Rusiyanın hücumu Finlandiya və İsveçdə NATO-ya üzvlüklə bağlı müzakirələrə səbəb olacaq. Ona görə də Ukraynaya hücum Putinə baha başa gələcək”.
 
 
 
Politoloq bildirib ki, Rasmussenin sözlərindən belə qənaətə gəlmək olar ki, Rusiyanın Ukraynaya hücum planı işə düşərsə, bu addım NATO-nun xeyrinə işləməyə başlayacaq.
 
 
 
"İki gün öncə isə NATO-nun hazırkı baş katibi təqtibən eyni tipli açıqlama verərək bildirdi ki, “İsveç və Finlandiya bir çox aspektlərdə NATO-ya çox yaxındır, bu səbəbdən onlar NATO-ya qoşulmaq istəsə, bu proses çox tez həyata keçirilə bilər. Bunun üçün İsveç və Finlandiyanın siyasi qərarı, habelə NATO-ya üzv 30 ölkənin siyasi qərarı olmalıdır”. NATO baş katibinin belə açıqlama verməsindən o nəticəyə gəlmək olar ki, Rusiya NATO-dan Şərqə genişlənmə ilə bağlı zəmanət ala bilməyəcək, hətta bəzi dövlətlərin NATO-ya qoşulmasını da müşahidə edəcək. Məhz bu deyilənləri nəzərə alaraq onu da qeyd etmək mümkündür ki, Rusiya və Qərb ölkələri arasında hansısa danışığın müsbət nəticələnməsi o qədər inandırıcı görünmür. NATO-nun bu addımlarının arxasında dayanan əsas planlardan biri də Rusiyanı çevrələmək siyasəti dayanır"
 
Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı