Rusiya Nazarbayevdən əl çəkmir

 

20:53 17-01-2022 | icon 311 | Dünya
Rusiya Nazarbayevdən əl çəkmir
 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas ötən gün Belarus televiziya kanallarından birinə müsahibəsi zamanı deyib ki, yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcək. KTMT qüvvələrin Qazaxıstanı tərk etməsi fonunda eks-prezident Nursultan Nazarbayevə yaxınığı ilə tanınan şəxslərin, həmçinin birinci və ikinci dərəcəli qohumlarının vəzifədən getməsi diqqət çəkir.

 

 

Bu barədə Versus.az-a şərh verən politoloq Turan Rzayev Qazaxıstanla bağlı proseslərə diqqət çəkərək, KTMT-nin Nazarbayevin bütün izlərini silmədən ölkəni tərk etməyəcəyini deyib.

 

"Əvvəl Nazarbayevin kürəkəni, kiçik qızı Aliyənin həyat yoldaşı "KazTransOil SC"nin İdarə Heyətinin sədri Dimaş Dosanov və ortancıl qızı Dinaranın əri "Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri Timur Kulibayev vəzifəsindən istefa verdi. Daha sonra isə Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olan "QazaqGaz SC"nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib. Bu gün isə Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib. Aydın məsələdir ki, Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev eks-prezident Nursultan Nazarbayevin Qazaxıstandakı bütün izlərini silmək niyyətindədir".

 

 

Politoloq hesab edir ki, bu siyasət ilk növbədə Kremlin tapşırığı olsa da, Tokayevin də maraqlarına uyğundur.

 

"Qazaxıstanda sosial narazılıqadı altında başlanan etirazlarda Nazarbayevin heykəllərinin dağıdılması etirazların məqsədinin nə olduğunu göstərmişdi. Kreml Nazarbayevin və klanının ölkədəki nüfuzunu və Prezident Tokayevin təkbaşına nəyəsə nail ola bilməyəcəyini bildiyidən KTMT-nin Qazaxıstana çağrılması ideyasını irəli sürdü. Son istefalar fonunda Nazarbayev və klanının məğlub olduğu şübhəsizdir. Bu gün isə KTMT faktiki olaraq Tokayevə Nazarbayevin Qazaxıstandakı bütün izlərini silməyə yardımçı olur. Hətta hazırda Qazaxıstanda paytaxtın əvvəlki adının (Astana) qaytarılması üçün imza toplanmasına başlanılıb. Fəallar, həmçinin şəhərin yerli hakimiyyət orqanlarından Nazarbayevin adını daşıyan küçələrə Qazaxıstanın "dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” neytral adların verilməsini tələb ediblər. Məsələn, onlar Almatıdakı Nazarbayev prospektinə "Respublika” adının verilməsini xahiş edirlər. Nəticə etibarilə bütün bunların KTMT Qazaxıstanı tərk edəcəyi tarix ərəfəsində baş verməsi bunu deməyə əsas verir ki, Kreml təkcə Nazarbayevin siyasətini və kadrları deyil, onun izlərini büsbütün silir. Bu həm də gələcəkdə, Nazarbayevin başlatdığı milliləşmə hərəkatının yenidən canlanmaması üçün daxili auditoriyaya və siyasi elitaya verilən açıq mesajdır". 

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI