Smartfonun şarj yığmamasının əsas səbəbi telefonun portuna daxil olan kiçik zibil ola bilər.
Bu barədə mütəxəssislər CNet-ə müsahibələrində bildiriblər.
Onların sözlərinə görə, telefonun enerji dolma portunda qapaq olmadığı üçün toz, kir və zibilin təsirinə məruz qalır.
“Kiçik toz hissəcikləri telefon yuvasında aylar və illər ərzində toplana bilər, bu isə cihazın enerji ilə normal doldurulmasına maneə yaradır”, - deyə mütəxəxssislər əlavə ediblər.
Ancaq ekspertlərin sözlərinə görə, bu, həll edilməsi mümkün olan kiçik problemlemdir və cihazın təmirə aparılmasına ehtiyac yoxdur.
“Gadcetı təmizləmək üçün ağacdan və plastikdən hazırlanmış çubuqlardan istifadəsi tövsiyə olunandır, çünki onlar metal əşyalardan fərqli olaraq cihaza zərər vermirlər. Çubuqların köməyi ilə kip toplanan zibilləri portdan çıxarmaq olar. Son nəticədə orada nə qədər zibil olduğuna təəccüblənə bilərsiniz”, – deyə ekspertlər bildiriblər.
Mütəxəssislər ancaq bu üsul kömək etmədikdə xidmət mərkəzinə müraciəti tövsiyə ediblər.